Şou- biznesin iç üzü: “Müğənnilər toy sahiblərini yoldan çıxarırlar”
Yusif Sultanoğlu
10:11 18.06.2021
Şou
749
“Elton Hüseynəliyevlə birgə toylara gedəndə müşahidə etmişəm. Bəzən toy sahibləri, hətta Rusiyadakı qadınlar bəzi xanım müğənnilərin məclislərinə gəlmələrini istəməyiblər. Düşünüblər ki, gələcək, ya ərimi, ya qardaşımı, ya da oğlumu yoldan çıxaracaq. Sonra onun pulunu xərcləməyə başlayacaq”.
“Sherg.az” xəbər verir ki, bu sözləri aparıcısı olduğu “Səmimi” verilişində prodüser Tarix Əliyev (Tolik) deyib. O, qonağı olan müğənni Nəfəsə müraciət edərək bunları söyləyib:
“Sanki indi qurunun oduna yaş da yanır. Bir-iki nəfər müğənniyə görə, siz də ümumiləşdirilirsiniz. İndi əri olmayan çıxır deyir ki, ərim var. Gizli görüşdüklərini elə-obaya car çəkirlər. Onun maşınından foto paylaşır. Ailəsi də görür ki, həmin adamın maşınıdır. Bu gizli olmalıdır. Lakin bilərək ev yıxırlar”.
İfaçı isə hazırda həyatında kimsənin olmadığını xüsusi vurğulayıb:
“Olmasını da istəmirəm. Çünki kimsə olanda səni bəzi şeylərdən məhrum edir. Düşünməsinlər ki, bir qadın evli kişi ilə münasibət qurursa, o xoşbəxtdir. Həmin şəxsi sevirsə, heç xoşbəxt olmur. Əslində də düzgün deyil. Amma həyatdır da, ola bilir”.
Tolik isə Nəfəslə razılaşmayıb. Prodüser ifaçıya durumu belə izah edib:
“Fikirləş ki, sən evdar xanımsan,uşaqların var. Sən sevib ailə qurmusan, kasıb vaxtlarında yanında olmusan. İndi o varlanıb. Birdən-birə hiss edirsən ki, sənə sevgisi itib. Görürsən ki, evə gec gəlir, başqa ətir qoxur. Bunun dərdini içində yaşayırsan. Özünü həmin qadının yerinə qoy. Axı başqasının olanı sahiblənirlər. Mən ümumi danışıram. Onların içərisində xalq artistləri, əməkdar artistlər də var ki, evli kişilərlə münasibətləri olub. Kişi müğənnilər də evli xanımlarla eşq yaşayıblar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rütte: Ağ Ev Avropanın İran məsələsindəki mövqeyindən narazıdır
00:50 02.07.2026
Dünya
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm