Xatirənin açıqlaması yenidən gündəm oldu:“Mən qonorar istəmərəm”
Yusif Sultanoğlu
12:33 18.06.2021
Şou
493
Müğənni Xatirə İslamın verilişlərdən pul tələb etməsi yenidən gündəmə gəlib.
“MTV Azərbaycan” bu mövzunu araşdırıb. Xarici ölkələrdə tanınmışların proqramlardan pul aldığı ortaya çıxıb.
“Sherg.az” xəbər verir ki, X.İslamın həmkarları məsələyə münasibət bildiriblər. Zamiq Hüsyenov efirlərin onlara ödəniş etməsinin yaxşı ola biləcəyini söyləyib:
“Telekanalların maddi durumunu da fikirləşək. Yaxşı qazansalar, qonorar verə bilərlər. Bizə pul ödəməyə hazır olmalıdılar ki, ürəklə versinlər. Lakin gələcək üçün bu sistemin yaranması sevindirici olar.
Pandemiya dövründə anladıq ki, bütün ifaçılar gözümüzü toylara dikmişik. Məclislər, tədbirlər olmayanda çətinlik çəkdik. Bir il yarımdır ki, qazancımız yoxdur.
Əlimizdə-ovcumuzda nə varsa, satdıq. Digər ölkələrdə radiolarda, telekanallarda klipləri yayımlanırsa, müğənniyə ödəniş edilir. Bizdə də olsa, yaxşıdır. Duruma görə, danışmaq lazımdır. Bəzən televizyalar deyirlər ki, müğənnilərin üzərində əməyimiz var. Əgər ifaçının sənəti olmasa, efirə 40 dəfə də çıxsa, unudular. Verilişlər deməsinlər ki, sizi biz populyar etmişik”.
Müğənni Nərmin Kərimbəyova isə X. İslamla qismən razılaşdığını bildirib:
“Bu, çox yaxşı olardı. Çünki ifaçılar yeni mahnılara, həm də efirə layiqli çıxmaq üçün xərc çəkirlər. Lakin nəzərə almaq lazımdır ki, televiziyalar bizim tanınmağımızda böyük rol oynayıblar. İlk gündən telekanallar mənə dəstək olublar. Onlara şərt qoymaq ağlıma gəlməyib. Reallıqları, televiziyanın durumunu da nəzərə almalıyıq. Ona görə qonorar istəmərəm. Daha yaxşı bir vəziyyətdə olar”.
Yaşar Yusub həmkarının fikirlərinə hörmətlə yanaşdığını deyib:
“Amma mən efirə pulla getmirəm. Xatirənin öz düşüncəsidir. Bəzi ölkələrdə bu sistem var. Biz hələ o vəziyyətdə deyilik. Belə iddiam yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol
Ermənistanda gerbdən xaçı silib, yerinə, görün, nə qoydular...
15:44 27.05.2026
Dünya
Parlament Macarıstanın BCM-dən çıxması ilə bağlı qərarı ləğv edib
15:32 27.05.2026
Dünya
Kiriakos Mitsotakis İlham Əliyevi təbrik edib
14:47 27.05.2026
Rəsmi