“14 iyul Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi kimi dəyərləndirilməlidir. Çünki ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbər seçilməsinin 50 ili tamam olur”.
Bu sözləri “Sherg.az”a millət vəkili, xalq yazıçısı, ümummilli liderlə bağlı sanballı əsərlərin müəllifi Elmira Axundova bildirib. Onun sözlərinə görə, 1969-cu ilin 14 iyulunda Ulu Öndər Heydər Əliyev respublika Mərkəzi Komitəsinin birinci katibi seçilib:
“Sovet quruluşu idarəçilik sisteminin mahiyətindən irəli gələn nöqsan və məhdudiyyətlərə baxmayaraq, bu dövr Azərbycanın iqtisadi, sosial və mədəni inkişaf tarixində böyük sıçrayış dövrü kimi səciyyələndirməlidir. Bu nailiyyətlər qüdrətli siyasi və ictimai xadim Heydər Əliyevin idarəçilik bacarığı ilə bağlıdır. Həmin ildən respublika nəhəng inşaat meydançasına çevrilib, gələcək müstəqil Azərbaycanın sənaye və kənd təsərrüfatı potensialının təməli qoyulub.
Bundan başqa həmin dövrdə Heydər Əliyev kadr siyasəti , ordu quruculuğu, millətlərarası münasibətlər, gənclərlə iş və digər sahələrdə də böyük işlər görüb. Heydər Əliyev Qərb mətbuatının SSRİ KP MK-nın baş katibi vəzifəsinə başlıca namizədlərdən biri kimi təqdim etdiyi sovet rəhbərlərindən biri idi. Elə bu səbəbdən də bu dahi insanın işləmək bacarığı, xarizması, hörmət və nüfuzu bədxahlara rahatlıq vermirdi”.
Xanım parlamentari bəyan edib ki, ötən əsrin 80-ci illəri Sovet İttifaqında qlobal proseslərin, kataklizmlərin başlanğıc dövrü idi:
“Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin fəaliyyətinin nəhəng dövlətdə gedən siyasi-iqtisadi, mədəni proseslərə, SSRİ-nin xarici siyasətinin formalaşmasına təsiri olduqca çox olur. Bu dövr Heydər Əliyevin həyatında böyük yüksəliş, məsuliyyət, şan-şöhrət illəri, eyni zamanda, acı məyusluq, ağrılı itkilər və idealların iflası dövrü kimi səciyyələndirilir.Heydər Əliyev Kremldə işlədiyi 5 il ərzində keçmiş SSRİ-nin həyatının ən müxtəlif sahələrinə - nəqliyyat, rabitə, elm, mədəniyyət, səhiyyə, təhsil, sosial rifah sahələrinə və ən nəhayət, xarici siyasətə böyük dəyişikliklər gətirə bilib. Bu sahələrin hər birində Heydər Əliyevin sözünün və işinin izləri hələ də qalmaqdadır”.
E.Axundova qeyd edib ki, Moskavda Heydər Əliyev həm də yaxın və doğma adamlarını - əvvəlcə çox etibar etdiyi, ehtiram bəslədiyi Yuri Andropovu, sonra isə sevimli həyat yoldaşı və silahdaşı Zərifə xanım Əliyevanı itirib:
“SSRİ-nin sonuncu baş katibi Mixail Qorbaçovun ona qarşı xainliyi Heydər Əliyevin qəlbində dərin çapıqlar qoydu. Heydər Əliyevin Siyasi Büronun rəhbərliyindən uzaqlaşdırılmasının Dağlıq Qarabağın Azərbaycandan ayrılması kampaniyasının başlanğıcı ilə birbaşa əlaqəli olması heç kim üçün sirr deyil. Heydər Əliyevin istefasından düz 20 gün sonra dünyada Qorbaçovun fikirlərinin carçısı kimi tanınan Sov.İKP MK baş katibinin iqtisadi məsələlər üzrə müşaviri, akademik Aqambekyan Fransanın "Humanite" qəzetinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsinin çox tezliklə həll olunacağını demişdi. Bundan sonra Dağlıq Qarabağ Muxtar Vilayətində, Ermənistanda və Moskvada məlum proseslər başladı. Heydər Əliyev bu hadisələri ürək ağrısı ilə xatırlayaraq deyirdi ki, dəfələrlə Qorbaçova və baş katibin ətrafındakı məsul şəxslərə müraciət etməsinə baxmayaraq, onu dinləmək istəmir, məsələhətlərinə məhəl qoymurdular”.
Yazıçı onu da əlavə edib ki, Ulu Öndərin həyatının istefadan sonrakı dövrünü bəzi dəyərlərə yeni yanaşma, kommunist ideologiyasından imtina, mənəvi böhranı dəf edərək yeni səhifənin başlanğıcı kimi təsvir edir:
Bu səhifə Vətənə qayıdış, xalqın böyük etimadı və dayağı, Azərbaycanın xilası, gələcək çiçəklənməsinin təməli ilə başlanır. Heydər Əliyevin Naxçıvana, daha sonra isə xalqın təkidi ilə müstəqil Azərbaycanın rəhbərliyinə qayıdır. Ümumilli liderin qayıdışı ilə Azərbaycanda vətəndaş müharibəsinin dayandırılıb. Ölkə parçalanmadan xilas olunub. Qarabağda atəşkəs rejiminə nail olunub. Müdrik neft strategiyası sayəsində Azərbaycanın XXI əsrdə bütün sahələrdə görünməmiş inkişafı üçün zəmin yaradılıb”.
E.Axundova diqqətə çatdırıb ki, Heydər Əliyev müasir Azərbaycanın banisidir:
“SSRİ-nin dağılması nəticəsində ölkəmiz müstəqilliyini bərpa edəndə, müstəqilliyin ilk iki ilini total böhran və tənəzzül dövrü kimi səciyyələndirmək olar. İqtisadiyyat bərbad vəziyyətdə idi, sənayedə durğunluq, əvvəlki hakimiyyətin bacarıqsız, deyərdim ki, xalqa zidd siyasəti, onların əsasən talançılıq, oğurluq və daxili intriqalarla məşğul olması Azərbaycanı vətəndaş müharibəsi həddinə, iqtisadi kollaps dərəcəsinə çatdırmışdı. 1993-cü ildə Azərbaycan xalqı Heydər Əliyevi ölkəyə yenidən rəhbərlik etməyə çağırdı və o vaxtdan bu günə qədər Azərbaycanda aparılmış islahatlar dövlətimizin coşqun inkişafını və ölkəmizin qarşısında duran iqtisadi problemlərin demək olar ki, hamısının həllini təmin edib. Heydər Əliyev Azərbaycanı müstəqilliyini itirməkdən xilas edib, dövlətçilik yaradıb, ölkəmizin durmadan inkişafını təmin edən güclü idarəçilik sistemi qurub.
Onun Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir. Bu gün Azərbaycanın dinamik inkişaf etməsində, ölkədə ictimai asayişin təmin olunmasında, sabitliyin qorunub saxlanmasında, möhkəmlənməsində, buraya xaricdən güclü investisiyalar axını gəlməsində Heydər Əliyevin rolu müstəsna xarakter daşıyır. . Bu gün Heydər Əliyev bizimlə deyil, amma onun fiziki yoxluğu bizi ruhdan salmamalıdır. Onun ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, azərbaycançılıq fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir. Hamımızın borcudur ki, biz doğma Vətənimizi onun yolu ilə irəliyə aparaq. Hamımızın borcudur ki, onun siyasətini yaşadaq, Azərbaycanı gücləndirək və onun istədiyi kimi, onun yolu ilə gələcəyə aparaq. Mən əminəm və şübhə etmirəm ki, biz bunu edəcəyik”.
“Heydər Əliyevin sözünün və işinin izləri hələ də qalmaqdadır” - Deputat
16:17 10.07.2019
Tarix
1107
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Coca-Cola məhsulları yığışdırılır - SƏBƏB
07:02 28.01.2025
Dünya
Portağalın dəriyə möcüzəvi təsiri - Üz maskaları
06:37 28.01.2025
Sağlamlıq
İspaniya müdafiə xərclərini 70% artırıb
04:45 28.01.2025
Hərbi
Lukaşenkonun açıqlamasında ikili yanaşma var -Millət vəkili
04:27 28.01.2025
Siyasət
Ayşə Barım həbs edildi
03:31 28.01.2025
Hadisə
Analitik: “Çox təəssüf ki, Rusiya kimi qonşumuz var”
03:08 28.01.2025
Siyasət
Ərdoğan erməni katolikosu ilə görüşdü
02:13 28.01.2025
Dünya
Oğlunu hərbi xidmətə yola salan ana qəfil öldü
01:46 28.01.2025
Hadisə
Birbank mobil tətbiqinin fəaliyyəti bərpa edilib - YENİLƏNİB
01:15 28.01.2025
Cəmiyyət
Vuçiç nazirlərin yarıdan çoxunun dəyişdiriləcəyini açıqlayıb
00:42 28.01.2025
Dünya
Zelenski: Ukrayna nüvə silahından əl çəkməməli idi
00:28 28.01.2025
Gündəm
Sağlamlığa ən təhlükəli spirtli içkilər - REYTİNQ
23:44 27.01.2025
Sağlamlıq
AB Trampın Qəzza ilə bağlı bu təşəbbüsünə qarşı çıxdı
23:29 27.01.2025
Siyasət
ABŞ səmasında sirli dronlar
23:16 27.01.2025
Dünya
“Fənərbaxça” Taliskanın transferini açıqladı
23:07 27.01.2025
İdman
Azərbaycan səfiri Keniyanın informasiya naziri ilə görüşüb
22:58 27.01.2025
Siyasət
Tanınmış rejissora ağır itki üz verdi
22:44 27.01.2025
Hadisə
Almaniyada pulsuz pivə paylayacaqlar - SƏBƏB
22:31 27.01.2025
Maraqlı