“1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra şərait dəyişməyə başladı” – Musa Qasımlı


“Ümummilli lider Heydər Əliyevin sovet sistemi şəraitində Azərbaycan xalqı qarşısında tarixi xidmətlərini qiymətləndirmək üçün bəzi tarixi xüsuslara diqqət yetirmək vacibdir”
Bu barədə “Sherg.az”a millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı bildirib
Profesorun sözlərinə görə, məlum olduğu kimi, Azərbaycan xalqı 1918-ci ilin may ayında müsəlman dünyasında bir İlkə imza ataraq ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətini, respublika idarə üsulunu  yaratdı: 
“Müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi. Lakin Azərbaycan Xalq Cümhuriyyəti bolşevik Rusiyasının istilasına məruz  qaldıqdan sonra milli dövlət süquta uğradı.Azərbaycan SSR yaradıldı. Müstəqil dövlətçiliyin atributlarının məhv edilməsinə başlandı. XX əsrin 20, 30 və 40-cı illəri sovet dövlət quruculuğu adı altında müstəqil dövlətlçiliyin ləğv edilməsi,  təbii sərvətlərinin amansızlıqla talan edilərək daşınıb aparılması, Azərbaycanın mərkəzə daha çox bağlanması, milli ədəbiyyatın, milli  ruhlu ziyalıların məhv edilməsi, təqiblər və repressiyalar ilə yadda qaldı. Azərbaycan rəhbərliyində təmsil olunan şəxslər arasında intriqalar, mərkəzə şikayət dolu məktubların göndərilməsi respublikaya olan mənfi münasibəti daha da artırırdı. Sovet lideri Stalinin ölümündən sonra ölkədə nisbi yumuşalma baş verdi. Lakin həmin yumşalmadan milli məsələlərin həlli üçün bacarıqla istifadə olunmadı. Mərkəz Azərbaycanı cəzalandırmaq yolu tutdu. Yenidən milli ruhlu insanlar sıxışdırılmağa başlandı.
 1969-cu ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra şərait tədricən dəyişməyə başladı. Fabrik və zavodların tikilməsi və işə salınması nəticəsində yerlərdən gənclərin paytaxta gəlməsi ilə çarizm və sovet dövrlərində milli simasını itirimiş Bakı şəhərinə milli ruh gəldi.
Dövlət müstəqilliyinin maddi təməlləri olan ərazinin qorunmasına, əhalinin artımı və inkişafına,  hakimiyyətin  güclü olmasına xüsusi diqqət yetirildi. İstiqlalı üçün lazım olan maddi təməllər sovet sistemi daxilində formalaşmağa başladı. Azərbaycan ərazisindən qonşu respublikalara  pay verilmədi. Əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırıldı. Bu, əhalinin demoqrafik inkişafına ciddi təsir etdi”. 
M.Qasımlı diqqətə çatdırırb ki, Heydər Əliyev sovet sistemi şəraitində Azərbaycanı daim didib-parçalayan, xalq haqqında mərkəzdə mənfi rəy yaradan intriqalara son qoydu
“Hakimiyyətin qanadları arasında  yekdillik yaradıldı. Xalq ilə hakimiyyət arasında birlik quruldu, milli kadrların yerləşdirilməsinə üstünlük verildi. Güclü hakimiyyət formalaşdırldı. Bütün ölkədə slavyan xalqların nümayəndələri milli respublikalarda hakimiyyət kürsülərinə daha çox gətirildiyi bir zamanda Heydər Əliyev yerli kadrları hazırlamağa və ətrafına toplamağa başladı. Xarici tədqiqatçılar Heydər Əliyevin uğurlarından biri kimi məhz bu amili görürdülər.
 İstiqlal üçün tələb olunan mənəvi amillərin formalaşması üçün addımlar atıldı. Məlum olduğu kimi, Azərbaycanın istiqlal fikri azərbaycanlı maarifçilərin, şair, yazıçı və alimlərin əsərlərində intişar tapmışdı. İstiqlal məfkurəsini əsər və düşüncələrində gəzdirdikləri üçün əvvəlki illərdə daim təqib olunmuş alim, şair, yazıçı və yurnalistlər azad nəzəf aldılar. Belə şəxsləri mərkəzin cənginə verməyən Heydər Əliyev bəzən onları yüngülcə tənqid etsə də, az sonra onlara yüksən fəxri adlar və vəzifələrə verərək qoruyur və toxunulmaz edirdi”. 
Tarixçi onu da əlıavə edib ki, Heydər Əliyev Azərbaycan dili üzrə tədqiqatların aparılmasını təşviq edir, həmin sahənin görkəmli alimlərinə dövlət mükafatlarını verirdi:
“Azərbaycan ədəbiyyatının görkəmli xadimlərinin xatirəsini əziz tutur və əbədiləşdirirdi. Sovet dövründə hamının ümimi vətəni hesab edilən SSRİ-nin bir guşəsindən uzaq Sibirdən böyük mütəfəkkir Hüseyn Cavidin məzarının işlədiyi Bakıya deyil, doğulduğu Naxçıvana köçürülməsinin dərin mənası var idi. Heydər Əliyev Azərbaycanın bir güşəsini ümumi, kosmopolit vətəndən üstün tutur, birinci yerə respublikasını qoyurdu. Hüseyn Cavidin məzarının köçürülməsi təkcə tarixi ədəbi irsin  mühafizəsinə göstərilən qayğı deyil, şair, yazıçı, jurnalist və alimlərə qorxmamağa, yazıb yaratmağa bir işarə idi.    Xarici tarixçilərin yazdığı kimi, azərbaycanlılar XX əsrdə iki dəfə Bakıda başlarını dik tutaraq gəzmişdilər: birinici dəfə, 1918-ci ilin sentyabr ayında Qafqaz İslam ordusu tərəfindən şəhər azad edildikdən sonra; ikinci dəfə isə özlərinə inamın artdığı 70-ci illərdə. 
Sonralar çıxışlarının birində Heydər Əliyev deyirdi:  “Doğrudur, 22 il bundan öncə biz bilmirdik ki, Azərbaycan müstəqil dövlət olacaqdır.Lakin mən o vaxt Azərbaycanın müstəqilliyi fikri ilə yaşayırdım”.