Bütün dünyanın Türkiyə və Rusiyanın dövlət başçılarının Moskva görüşünü həyacanla gözlədiyi bir vaxtda Tür--rus tarixinin 100 il bundan əvvəl baş vermiş və tarixçilərimizə belə çox az bəlli olan bir həqiqət diqqətimizdən yayınmadı. 100 il əvvəl Odessadan bolşeviklərdən can qurtarıb qacan və türk şəhəri Geliboluya pənah gətirən rusların taleyinin necə olacağını söyləmək çətin idi. Amma türklər onlara sahib çıxdılar, onları depressiyadan qurtulmaqla Geliboluluda Rusiya ideallarını canlandırdılar.
Ruslar Geliboluluda yenidən doğuldular. Gelubolu onlar üçün mənəvi dirçəlişin yeni və münbit məkanı oldu. İndi 100 il sonra türk-rus tarixinin yeni bir simvolu olan Gelibolu Moskva görüşünün də xoş duyğularla xatırlanan yeni bir səhifəsi ola bilər. Bu bir fürsətdir və Gelibolu olayları da iki böyük xalqın əbədi sülhünü simvollaşdıracaq müqəddəs məkan ola bilər. Egey Universitetinin professoru, həmyerlimiz Aydın İbrahimovla bu kecmişi yenidən vərəqlədik...
Söhbətimizə keçməmişdən öncə bildirim ki, professor Aydın İbrahimov, səfir Ender Arat və Onsəkkiz Mart Universitetinin professoru Vedat Çalışkanın həmmüəllifliyi ilə Türkiyədə nəşr edilən "Ağ rusların (Red-bolşevik inqilabından sonra 1920-ci ildə Rusiyadan qaçıb Türkiyəyə gələrək Çanaqqalanın Gelibolu rayonuna yerləşən ağqvardiyaçılar) Gallibolu qürbət həyatının 100 illiyi (1920--1923 / 2020-2023)” kitabı həm də türk-rus tarixinin yeni səhifəsi hesab edilə bilər. Bu dəyərli kitab həm də Turkiyə və Rusiya arasında münasibətləri uzun illər siyasi, dini nöqteyi- nəzərdən dəyərləndirən, türk və rus xalqlarının dostuluğuna şübhəli ölçülərlə yanaşanların fikirlərini təkcə alt-üst etmir, həm də tarixən qonşu olan xalqların dar gündə bir-birinə, xüsusən də türklərin ruslara necə dayaq olduqlarını zəngin faktlarla və elmi dəlillərlə ortaya qoymaqdadır.
Buütün bunları 30 ildən bəri qardaş Türkiyənin müxtəlif universitetlərində çalışan professor Aydın İbrahimov bildirdi. O, hazırda İzmir şəhərində yerləşən və Türkiyənin ən ünlü ali təhsil oçaqlarından olan Egey Universitetində beynəlxalq əlaqəlar kafedrasının professorudur. Aydın müəllim bizimlə söhbətində dedi:
- Çanaqqala Universitetində çalışdığım illərdə həmkarım Onsəkkiz Mart Universitetinin professoru Vedat Çalışkanla rusların Gelibolu yarımadasında məskunlaşdığı haqqında məlumatlar əldə etmişdik. 2005-ci ildə əldə etdiyimiz bu faktların tədqiqinə başlayanda gözlədiyimizdən də zəngin və olduqca maraqlı tarixi faktlarla üzləşdik. Ən önəmlisi bu idi ki, Rusiyada bolşevik inqilabından sonra Türkiyədə “ağ ruslar” adlandırılan ağqvardiyaçıların bir hissəsi 1920-ci ildə ölkələrini tərk edərək Geliboluda məskunlaşmışdılar.
Bir il Çanaqqalada məşkunlaşan 30 min rusun çətinliklərini, həyat tərzlərini öyrənməyə başladıq. İki qonşu xalqın ümumi həyatına aid sənədləri ortaya çıxartdıq. Nəhayət ki, bolşevik inqilabından sonra 1920-ci ildə ölkələrindən qaçıb Türkiyəyə gələn, Çanaqqalanın Gelibolu rayonuna yerləşən 30 min rusun 1 il sürən qürbət həyatını əks etdirən kitabı ortaya çıxardıq.
- Aydın müəllim, demək olarmı ki, bu həm də türk--rus qonşuluq əlaqələrinin 100 il əvvəl Çanaqqala bölgəsindəki tarixi təsdiqi idi.
- Əslində, türklərin bəşəri münasibətləri bütün dünya üçün örnək ola bilən həqiqətlərdir. Elə Çanaqqala döyüşlərində düşmən əsgərlərinə göstərilən yardım, yaxud Geluboluya düşmən kimi gələn ingilis, fransız, avstraliya əsgərlərinə qoyulan abidələr, məzarlıqlar dünyanın harasında var? Harada düşmən əsgəri və qəsbkar bu qədər rahatlıqla qəbul edilmiş, Böyük Ataturk demiş, “rahat uyusunlar, onlar da bizim övladlarımızdırlar” deyimi ilə qarşılanmışdır?!
Amma ruslar Geluboluya qəsbkar kimi yox, pənah gətirib gəlmişdilər və hər şeylərini itirmişdilər. Həqiqət budur ki, türklər onlara sahib çıxdılar, onları depressiyadan qurtulmaqla Geliboluluda Rusiya ideallarını canlandırdılar. Ruslar Geliboluluda yenidən doğuldular.
Gelubolu onlar üçün mənəvi dirçəlişin yeni və münbit məkanı oldu. Bu səbəbdən onlar özlərinə “gelibolulular” adını verdilər.
- Tədqiqatlarınız və qənaətləriniz haqqında ətraflı danışmağı xahiş edirəm...
- Gelibolu ruslarının həyatını, məişətini öyrənməyə 14 il sərf etdik. Bir araşdırmaçı və tədqiqatcı kimi həmkarım Vedat Çalışkanın səylərini alqışlayır, bu işdə göstərdiyi xidmətlərini cox yüksək dəyərləndirir, ona bir daha təşəkkürlərimi bildirir, yeni yaradıçılıq uğurları arzulayıram. Biz o məkanları yayın istisində, qışın soyuğunda addım-addım, yorulmadan gəzdik. O dövr haqqında məlumatı olan kəndlərdə yaşayan yaşlı insanlarla görüşdük. Arxivlərdən çoxsaylı rəsmi sənədlər və fotolar əldə etdik. Rusların çətinliklərini və keşməkeşli həyatlarını göstərən maraqlı nəticələr ortaya çıxdı.
Gelibolulaya gələndə bu insanlar hər şeylərini itirmişdilər. Lakin onlar dərhal çəkdikləri əzablı əhval-ruhiyyədən canlarını qurtarmağa başladılar. Geliboluda Rusiya ideyası bərpa edildi. Ruslar Gelibolundakı evləri, su şəbəkəsini təmir etdilər. Çörək, restoran və yeməkxanalar açdılar. Geliboluda ruslar sənətə, mədəniyyətə və idmana önəm verdilər, müxtəlif kurslar açdılar. Türk dili kursları da var idi. Konsert truppaları yaratdılar, konsertlər verdilər. Geliboluda unudulmaz bir il yaşandı.
- Belə cıxır ki, onlar burada istədikləri həyata qovuşa biliblər...
- Bəli, ruslar burada yerli əhalinin köməyi ilə yeni həyat qura bildilər. Burada qaldıqları müddətdə 100 körpə doğuldu. Bundan əlavə, 49 rus qadın Geliboluda evləndi. 10 türk qadın rus zabitlərinin həyat yoldaşı oldu. Bugünkü Kornilov Məktəbi rusların məskunlaşdığı yataqxana oldu. Altıyol küçəsində dayanan taxta bina bu günlərdə Vrangel körpələr evi və lisey olaraq istifadə edildi. Rusların iştirakı ilə Geliboluda xüsusi bir mədəniyyət sahəsi yaradıldı. Başqa sözlə, Gelibolu onlar üçün mənəvi dirçəlişin simvolu oldu. Buna görə özlərini “gelibolulu” adlandırdılar. Həmişə Gelibolulu keçmişi ilə fəxr etdilər. Gelibolidə baş verənləri həmişə ləkələnməyən bir xatirə olaraq xatırlayırlar.
Təxminən, 30 min rus Geliboluya gəmilərlə gələndə buralar müharibələr və zəlzələlər səbəbindən bərbad vəziyyətdə idi, yerli əhalinin özünün vəziyyəti çox ağır idi. Amma bunlara baxmayaraq, türklər rusların həyatı və ehtiyacları ilə yaxından maraqlanırdılar. Evlərini, həyət-bacalarını onların üzünə açdılar. Hətta türk müftisi də rusların məscidlərdə məskunlaşmalarına kömək etdi. Burada türklər və ruslar bugünkü dünyanın ibrət götürəcəyi həmrəyliyin böyük bir nümunəsini ortaya qoydular.
Ruslar türklərdən gördüyü bu yaxşılığı və Türk insanının onlara etdiyi əvəzsiz yardımı heç bir zaman unutmadılar. Yeri gəlmişkən qeyd edim ki, Gelibolu ruslarının tarixinə biganə qalmayanlar Fransada “Gelibolu Rusları Cəmiyyəti”ni təsis etmişlər və bu gün də bu cəmiyyət fəaliyyətini ugurla davam etdirir. Cəmiyyətdə Gelibolu ruslarının nəvə-nəticələri ilə yanaşı, türk-rus tarixinə sayğı ilə yanaşan elm, sənət adamları yer alır.
- Bildiyimizə görə, siz də Türkiyə tərəfdən bu cəmiyyətin üzvüsünüz...
- Bəli, belədir, mən bu cəmiyyətin üzvüyəm, həm də cəmiyyətin Türkiyiə təmsilçisiyəm. Təhsilim, Moskvadakı elmi fəaliyyətim bu işin çox rahatlıqla həyata kecirilməsinə imkanlar yaradır. Bir faktı da açıq deyim ki, türklərin multikultural xarakterini təbliğ etmək mənim üçün çox xoşdur. Eyni zamanda, kecmişinə sahib duran rus icmasının fəaliyyəti də məni cox qane edir. Maraqlıdır ki, onlar həmişə Gelibolulu keçmişi ilə fəxr etmiş, burada baş verənləri müqəddəs bir xatirə kimi əbədiləşdirmişlər.
Rusiyanın çox ünlu simalarının söylədikləri də bunları təsdiqləyir. Məsələn, Rusiyanın keçmiş mədəniyyət naziri Andrey Sokolov rusların Gelibolu yaşamını Rusiya tarixinin Kulikov, Borodino və Kurskaya Duga savaşlarından sonra dördüncü önəmli hadisə adlandırıb. Yaxud Rusiyanın xarici işlər naziri Sergey Lavrov Gelibolu ruslarının tarixinə hörmətlə yanaşan Gelibolu türklərinə və Türkiyəyə böyük təşəkkürlərini bildirib.
Bir sözlə, Kırımdan çəkilmiş rus ordusu üçün Gelibolu ölüm yeri, məzarlıq olmalıydı, amma rusların ağır günlərində dost məkanı və sığınacaq yeri oldu. Nobel mükafatı almış böyük rus yazıçısı İvan Buninin təbirincə deyilsə, “Gelibolu, Rusiyanın ağır səfalət dolu illərində ortaya çıxan böyük və müqəddəs gerçəkliyin bir parçasıdır”. Bu kimi misalların sayı isə onlarcadır...
Çanaqqalada iki fərqli cəmiyyətin bir-biri ilə görüşdüyünü söyləyən Aydın İbrahimov dedi ki, Geliboluya gələn 30 min rusun sırasında Fransa, Polşa, İran, Bolqarıstan, Ukrayina, Belorus vətəndaşları və başqa ölkələrlə yanaşı, 16 nəfər azərbaycanlı da olmuşdur. Burada bir daha görürük ki, türk cəmiyyətinin çox dözümlü və multikultural xüsusiyyətləri var. Geliboluda yaşanan bir ildə türklər və ruslar arasında qarşıdurma olmadı. Məsələn, soyuq havada, rus əsgərləri təlimdən dönərkən bir məscidə dəvət olunurlar. Onlara çay və qəhvə təklif olunur. İçəridə ibadət gedirmiş. Rus zabiti deyir: “Türklər o qədər səmimi ibadət edirdilər ki, əsgərlərimin İslama keçməsindən qorxdum”.
Professor sonda qeyd etdi ki, Geliboluya gələn 30 min rusun sırasında Fransa, Polşa, İran, Bolqarıstan vətəndaşları ilə yanaşı, 16 nəfər azərbaycanlı da olmuşdur. 2020-ci il rusların Geliboluda məskunlaşmasının 100-cü ilidir. Gelibolu türk-rus görüşünün yeni yeri olmalıdır. Bu bir fürsətdir. Ümid edirəm ki, Gelibolu iki böyük xalqın əbədi sülhünü simvollaşdıracaq müqəddəs məkan olacaqdır.
Namiq ƏHMƏDOV,
İzmir-Çanaqqala-Bakı