Türk Şurasının baş katibi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat verib


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev  31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat verib.

APA-nın xəbərinə görə bu barədə Türk Şurasının saytında məlumat verilib.

"Azərbaycanlılara qarşı bütün qırğınların simvolizə edilməsi, beynəlxalq ictimaiyyətin diqqətini bu hadisələrə cəlb etmək və soyqırımı qurbanlarının xatirəsini Azərbaycan xalqının yaddaşında əbədi olaraq qorumaq məqsədi ilə 1998-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyev tərəfindən sərəncam imzalanıb.

Bu gün, xüsusən 1918-ci ilin mart-aprel aylarında, erməni dəstələri tərəfindən qorxunc şəkildə qətlə yetirilən 50 mindən çox azərbaycanlının əziz xatirələrinin yad edildiyi bir matəm günüdür.

Türk Şurası olaraq bu hadisələrdə həyatını itirən şəhidlərin xatirəsini yad etmək üçün qardaş Azərbaycan xalqına qoşulur və dünyada sülhün və əmin-amanlığın hökm sürdüyü günlərin gəlməsini arzulayırıq", - bəyanatda deyilir.