Bayraq ən gözəl ölümdür  ! - Yucel Karauz yazır


Bayraq tarixdir. Azərbaycanın Respublikasının dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib. Və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. 1920-ci il aprelin 27-nə - Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan Parlamentinin binası üzərindən endirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 

1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Sonralar ümummilli lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı”.
Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı. 

Bayraq vəfadır və milli kimlikdir
 
“Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Bayraq hər şeydir

Bayraqdakı mavi rəng Azərbaycan xalqının türk əsilli olduğunu göstərir. Çünki mavi rəng türklüyün rəmzidir. Türklərin bu rəngə üstünlük vermələri ilə bağlı müxtəlif fikirlər var. Qırmızı rəng müasirliyi, modern bir cəmiyyət olmağı, demokratiyanı göstərir. Yaşıl rəng isə İslam dininə işarədir. Azərbaycan bayrağının üç rəngi: Türk milli mədəniyyətinin, müsəlmanlığın ve demokratiyanın göstəricisidir. Səkkiz guşəli ulduz isə türkçülük, İslam, müasirlik, dövlətçilik, demokratiya, bərabərlik, Azərbaycanlılıq və liberallıq deməkdir.

Bayraq coğrafiyadır

Bayraq Xocalı, Şuşa, Laçın, Zəngilan, Xocavənd, Ağdam, Qubadlı... bütöv Qarabağ və bütöv Azərbaycandır.

Bayraq liderdir

Bayraq Məhəmməd Əmin Rəsulzadə,Əbülfəz Elçibəy, Ümumilli lider Heydər Əliyev, Mustafa Kamal Atatürk, cənab prezident, Ali baş komandan İlham Əliyevdir.

Bayraq azadlıqdır

Türk dünyasının dahi lideri Mustafa Kamal Atatürk deyirdi ki, bayraq bir millətin müstəqillik əlamətidir. Düşmənin olsa da, hörmət etməlisən.

Bayraq mənlikdir, kimlikdir, hakimiyyətdir

Türkün böyük şairi Bəxtiyar Vahabzadə deyir:

"Üçrəngli bayrağın kölgəsində mən,
Qaraca torpağı vətən görmüşəm,
Zəfər güllərini dövri- qədimdən,
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq öz yurduma öz hakimliyim".

Bayraq kimlikdir

Siyasi lider Muhsin Yazıcı oğlu "Mən Türkəm, türk əsir olmaz. Mən Türkəm, Türk bayraqsız olmaz. Mən Türkəm, Türk dovlətsiz olmaz. Mən Türkəm, Türk əzansız olmaz. Mən Türkəm, Türk hürriyyətsiz olmaz..." deyir.

Bayraq qürurdur, namusdur

 Şair Necip Fazil Qısakürək isə hisslərini "Uğruna ölməksə səni yaşatmaq, bir dəfə ölərəm də sənə ləkə salmam, qürurdur, namusdur bayraq və sancaq, axsa da qanım, zalımı güldürmərəm. O, deyir: "Bayraq necə qana boyandıqca qan, torpaq qanla sulandıqca vətən olursa, cəmiyyət də ölməyi bacardıqca vətən olur" söyləyir.

Bayraq bacımın gəlinliyi, şəhidimin son geyimidir

Şair Arif Nihat Asya isə duyğularını "Ey mavi göylərin ağ və qırmızı bəzəyi. Bayraq bacımın gəlinliyi, şəhidimin son geyimi.
İşıq işıq, dalğa dalga bayrağım. Sənin dastanını oxudum, sənin dastanını yazacam" deyir.

Bayraq şəhid olmaqdır

Şair Mehmet Akif Ersoy "Vurulub tərtəmiz alnından, uzanmış yatır, bir hilal uğruna ya Rəbb, nə günəşlər batır", deyə yazır. O, söyləyir: "Mən əzan oldum dinmədim. Bayraq oldum göylərdən enmədim. Vətənim üçün şəhid oldum ölmədim..." deyir. Bayraq General Polad Həşimov, bayraq Mübariz İbrahimov, bayraq körpə Ayladır.

Bayraq ən gözəl ölümdür

Şair Ahmet Muhip Diranasin yazdığı kimi, nə torpağa basdırılmaqdir, nə ruhun uçması bədəndən! Ölüm, ölüm, gülərəkdən. Bir bayraq altında ölməkdir". 

Bayraq kandır

Tarixçi Mithat Camal Kuntay isə "Bayraqları bayraq edən üstündəki qandır, torpaq uğrunda ölən varsa, vətəndir" deyir.

Bayraq ucalmaqdır

Məhəmməd Əmin Rəsulzadə isə “Bir kərə yüksələn bayraq bir daha enməz" deyir. Türkün qolu bükülməz! Türkün gücü tükənməz! Bir daha qalxan bayraq, bir daha yerə enməz!".
  Üçrəngli əziz Azərbaycan bayrağı zəfər görmüş bayraqdır, sən məğlub etmə, Allahım!"

Yucel Karauz, Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general