Məlum olduğu kimi, hər il aprelin 24-də yalanlar əsasında ortaya atılan " erməni soyqırımı" mövzusunda bütün dünyada erməni lobbisinin fəallığı artır. Beynəlxalq ictimaiyyəti uydurma mifə inandırmaq üçün yeni səylər göstərilir .
Xocalı faciəsi kimi real soyqırımı aktına göz yuman erməni şovinistləri qondarma "soyqrımı"na siyasi və hüquqi don geyindirmək üçün hər yola əl atırlar. Ancaq tarixi faktlar və sənədlər sübut edir ki, Osmanlı dövləti ərazisində ermənilərin planlı şəkildə kütləvi məhv edilməsi iddiaları yalnız cəfəngiyyatdır. Sadəcə ayaq tutub “yeri(dilən)yən” yalandan ibarətdir.
Uydurma "soyqrımı" iddiası özlərini işğalçılıq faktından yayındırmaq məqsədi güdür. Bu yolla təkcə qardaş Türkiyənin deyil, ümumən türk dünyasının, o cümlədən Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar.
Qeyd edək ki, Argentina, Belçika, Kanada, Fransa, İtaliya, Rusiya və Uruqvay “erməni soyqırımını” tanıyan 20-dək ölkənin sırasındadır. Ötən il də ABŞ Prezidenti Co Bayden 1915-ci il hadisələrini soyqırımı kimi tanıyıb.
Beləliklə, Bayden 1981-ci ildəki açıqlamasında eyni sözü işlədən Ronald Reyqadan bəri "soyqırım" ifadəsini istifadə edən ilk ABŞ prezidentidir.
Qondarma "erməni soyqırımı" iddiasını tanımaqla çox ciddi və tarixi səhvə yol verib.
AMEA Elmi Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev bildirib ki, qondarma "erməni soyqrımı" onların psixologiyasında ayaqda qalmaq, erməni kimliyini qoruyub saxlamaq üçün bir mifdir:
"Əsasən kilsənin siyasətidir. Kilsə hər il “soyqırımı” məsələsini gündəmə gətirir və əhali arasında külli miqdarda pul toplayır. Forumlar keçirirlər. Həmin forumlara pul göndərirlər. Həmin pullar kilsənin hesabında qalır. Ermənilər guya, topladıqları pullarla konqresmenləri, senatorları almaq üçün lobbiçiliyə xidmət göstərirlər.
Amerikada bir neçə erməni ilə görüşmüşəm. Prosesi izləmişəm. Onlar özləri də deyir ki, erməni xalqını bir ideya altında saxlaya bilmirlər. “Böyük Ermənistan” ideyasına ermənilərin çoxu inanmır. Belə bir tarixi dövlətin mövcudluğunu düşünmürlər. Digər variant kimi ermənilər birləşdirmək üçün qondarma soyqrımı fikrini irəli sürürlər. Həmin dövrün sənədlərini Britaniya, Osmanlı, Rusiya arxivlərini araşdırmışam. Hətta Britaniya Baş Prokurorluğunun sənədlərini ölkəmizə gətirdim. Malta məhkəməsində sözügedən "soyqrımı" tədqiq edilib. Hadisənin baş vermədiyi isbatlanıb. Malta məhkəməsi Osmanlı dövründə hakimiyyətdəki insanları azadlığa buraxıb.
Ermənilər artıq idarədən çıxdıqlarına görə, əsassız “soyqrımı” ortaya atırlar. Başqa yol tapa bilməyəcəklər. 44 günlük müharibə erməni mifini dağıtdı. Ermənilər özlərini məğlubedilməz xalq, güclü sayırdılar. Azərbaycan ordusu ermənilərin qorxaq, cılız xalq olduqlarını sübut etdi".
Z.Əliyevin sözlərinə görə, ruslar onların arxasında dayanmışdı:
"1813-cü ildə Gülüstan sülh müqaviləsinin imzalanmasından 44 günlük müharibəyədək ermənilər məğlubedilməz olduqlarını düşünürdülər. Rusiyanın köməyi ilə istədiklərinə çatacaqlarını fikirləşirdilər. Xristian amilindən yararlanaraq dünyanın nəhəng dövlətləri birləşdirə biləcəklər. 1919-cu ildə Paris sülh konfransında Ermənistanın müstəqilliyindən daha çox xristian ermənilərin məhv olmasını, dövlətə ehtiyac duyulduğunu gündəmə gətirmişdilər. Lakin artıq gücün qarşısında heç kim dayana bilməz. Azərbaycan Ordusu ölkəmizin xristianlara qarşı münasibətinin ermənilərin onlara münasibətindən qat-qat yüksəkdir. Çünki alban, provaslov kilsələri dağıdılıb. Ermənistan sadəcə xristian amilindən yararlanır. Dünya dövlətləri erməni yalanlarının üzə çıxdığımı görür. Ermənilər xristian təəssübkeşləridilərsə, niyə alban, provaslov kilsələrini dağıdıblar?".
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev yaxın 3-5 il ərzində ermənilərin belə mifdən tamamilə əl çəkəcəkəyini vurğulayıb:
"Xarici dil bilən tədqiqatçılarımızın sayı çoxalır. Dünyanın bir çox ölkəsində sənədlər üzə çıxır. Ermənilərin uydurması ifşa olunur. 3 il əvvəl Vatikandan əldə etdiyim sənəd mövcuddur. Həmin ərazilərdə olan yepiskopun, Vatikan Papasının yazdığı məktub var. Ermənilərə qarşı “soyqrımı” əslində özləri həyata keçirib.
Fransa arxivindən şəkil kolleksiyası almışam. Həmin lenti fransız jurnalist çəkib. Terrorçu daşnaksütyunun üzvləri türk əsgəri paltarı geyinib.
Ermənilər köçürülən həmvətənlərinin qızıllarına yiyələnməkdən ötrü 50 mindən çox özünküləri öldürüblər. Ermənilər « Böyük Ermənistan » və « soyqırımı » ideyasının puça uğradığını görür".
Z.Əliyevin qənaətincə, Paşinyan ermənilərin gözünü açıb:
"Erməni icmasının yeganə çıxış yolu iddialarından əl çəkmək, Türkiyə və Azərbaycanla sərhədləri açıb, tərəqqiyə nail olmaqdır. Yüksək vəzifəliləri bunu anlayır. Xocalı şahidləri, əsirləri ilə danışmışam. Həmin gün Sarkisyan, Köçəryan azərbaycanlılara qarşı işgəncə törədən dəstələrin yanında olub. Onlar bilir ki, faktlar üzə çıxsa, onları Haaqa məhkəməsi, beynlxalq hüquq gözləyir. Əməllərini ört-basdır etməyə çalışırlar. Lakin onlar məhkəmə qarşısında cavab verəcəklər. Baydenin hərəkətləri, sözləri anlaşılmazdır. ABŞ cəmiyyəti üçün Baydenin prezident seçilməsi elə Amerikanın xarici siyasətinin əksidir. Qərbin demokratiya anlayışını Bayden çıxışlarıyla aşağı endirir".