"Cümhuriyyət qurucularının məzarları Azərbaycana gətirilməlidir”.
"Sherg.az" xənər verir ki, bunu Milli Məclisin keçirilən növbədənkənar iclasında millət vəkili Qüdrət Həsənquliyev bildirib.
Deputat deyib ki, indiki Cümhuriyyət abidəsi binaların arasında görünməyən yerdədir:
“Abidənin belə görünməz yerdə olması nə Cümhuriyyətin adına, nə də mərhum Heydər Əliyevin abidələrin qoyulması ilə bağlı sərəncamına layiq addımdır.
Bakının mərkəzi hissələrində olan və xarablığı xatırladan köhnə binalar sökülsün və yerinə Cümhuriyyət parkı salınsın.
Həmin parkda Cümhuriyyət abidəsi ucaldılsın. Məzarları xarici ölkədə olan cühmuriyyətçilərin qəbirləri də Azərbaycana gətirilsin.
Məsələn, Ankaradan Məhəmməd Əmin Rəsulzadənin, Parisdən parlamentin rəhbəri olmuş Əlimərdan bəy Topçubaşovun, eləcə də Tiflisdən hökumət rəhbərlərinin məzarları Azərbaycana gətirilməlidir".