Atatürk Mərkəzində Azərbaycan Türk Ocağının təşkilatçığı ilə tədbir keçirilib
Bu gün Bakı Atatürk Mərkəzində Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Türk Ocağının birgə təşkilatçılığı ilə albay Atilla Gülərin "Qafqaziya: Zəfər, xəyanət və hüzn" kitabının təqdimatı keçirilib.
Qafqaz İslam Ordusu hərəkatına həsr olunan kitab maraq doğurduğundan Türkiyədə 6 dəfə ardıcıl nəşr olunur.
Azərbaycan Türk Ocağınqın sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı tədbiri açaraq Qafqaz İslam Ordusunun azadlıq hərəkatına verdiyi hərbi dəstəyi Türkiyə-Azərbaycan qardaşlığının tarixi faktı adlandırıb.
Tarix üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Türk Ocağının bərpaçılarından Firdovsiyyə Əhmədova Azərbaycan tarixşünaslığında Qafqaz İslam Ordusu mövzusunun aktuallığından, bu sahədə yazılan kitablardan bəhs edib.
Azərbaycan Pedaqoji Universitetinin tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Sevinc Əliyeva kitab haqqında yığcam məlumatlar verib.
Konfransda kitabın müəllifi albay Atilla Gülər Qafqaz İsllam Ordusunun Qarabağ hərəkatı və 1928-ci il sentyabrın 15-i Bakı Zəfəri barədə elmi mülahizələrini söyləyib, dinləyicilərin suallarını cavablandırıb.