"Biz Qərbi Azərbaycanı azərbaycanlılar yaşayan mahallar kimi yox, Türk yurdu olaraq qəbul etməliyik. Çünki orada ermənilər yox, Azərbaycan türkləri yaşayıblar".
Bunu "Sherg.az"a açıqlamasında BDU-nun Jurnalistika fakültəsinin professoru, tarixçi-alim Nəsiman Yaqublu Qərbi Azərbaycanın tarixindən danışarkən deyib.
Professor qeyd edib ki, ermənilər o ərazilərə sonrada Çar Rusiyasının təşəbbüsü ilə köçürülüb:
"Ermənilər tədricən Çar Rusiyasının əli ilə həmin bölgələri ələ keçirərək Azərbaycan türklərini sürgün ediblər. Biz isə orada qalan mədəniyyətimiz, abidələrimiz, məzarlarımız haqqında ciddi şəkildə düşünməliyik. Yəni bu gün ermənilərin revanş hərəkətləri, cinayətlərini ört-basdır etmək üçündür. Hələ mən bura işğaldan azad edilmiş torpaqlarımızda törədilən cinayətləri əlavə etmirəm. Bu mənada unutqanlıqlar erməniləri hər zaman Azərbaycana qarşı cinayət törətməyə və bir əlin gücü ilə etdiklərini gizlətməyə "həvəsləndirib".
N.Yaqublunun sözlərinə görə biz Qərbi Azərbaycan məsələsini daha da çox qabartmalıyıq:
"Amma burada söhbət təkcə insanların yaşayışından yox, orada qalan mədəniyyət tariximizdən və dağıdılan kəndlərimizdən gedir. Bizim yüzlərlə dağıdılaraq adları erməni dilinə dəyişdirilib. Biz bu məsələ ilə bağlı beynəlxalq təşkilatları cəlb etməliyik. Məsələn, Aşıq Ələsgərin və.s kimi mədəniyyət xadimlərimizin qəbri hansı vəziyyətdədir? Ümumiyyətlə, Qərbi Azərbaycana qayıdış məsələsi ilə paralel olaraq, bizim oradakı, tariximiz, mədəniyyətimiz və dağıdılan kəndlərin aqibətləri də gündəmə gətirilməlidir".