Xankəndi radiosunun azərbaycanlı aparıcısı: Tələbkar qadın

"Anam uzun illər Xankəndi radiosunda (Dağlıq Qarabağ Muxtar Vilayəti Radio verlişləri Komitəsində) işləyib. Olduqca tələbkar qadın idi, o cümlədən öz övladlarına qarşı da". 
Sherg.az xəbər verir ki, bu haqda tanınmış yazar, hərbi jurnalist İlham Cəmiloğlu özünün feysbuk hesabında qeyd edib. İlham Cəmiloğlu deyir ki, anasının çox unikal tərbiyə və nəzarət metodları olub: 
"Axşam xəbərlərini (saat 19-da) oxumağa gedəndə böyük qardaşlarıma deyirdi ki, oturun, dərslərinizi hazırlayın, radiodan sizə baxacam. Mən onda məktəbə getmirdim, qardaşlarım Nazim və Hikmət isə artıq oxuyurdular. Anamın səsi radiodan gələn kimi ikisi də tez-tələsik kitablarını götürüb stolun arxasına keçirdilər. Nazim uzun müddət bu “nəzarət”in altında qalmışdı, Hikmət isə məsələnin daha tez anlamışdı. Bu gün 30 ilə yaxın bir müddətdə bizə radiodan “nəzarət” edən ANAmın doğum günüdür. Ən xoş xatirələrlə anırıq. Məkanın cənnət olsun, ANA...".

Turan