500 illik top mərmiləri bugünədək qorunub saxlanılır
XVI yüzillikdə Osmanlı imperiyasının Anadoludakı ən önəmli silah istehsalı mərkəzlərindən olan Biləciyin Söyüdlü əyalətində o dövrə aid top mərmiləri bugünədək qorunub saxlanılır. Söyüdlüdə dəmirçilk geniş yayılıbmış. Dəmirçilər kürə ilə dəmir əridib silah düzəldirmiş. Burada Osmanlı ordusunun şanına şöhrət qatan, dünyanın ən güclü ordularını param-parça etmş sursatlar istehsal edilib. Onlar arasında top mərmiləri də var. Mərmilərin bəziləri bu gün də Söyüdlü muxtarlığında sərgilənir.
Amma təkcə burada deyil. Bəzən yerli əhali tarla şumlayarkən, əkin sahələrində çalışarkən mərmilərə rast gəlirlər. Kəndlilərin üzə çıxardığı top mərmiləri muxtarlığa gətirilərək qorunur və nümayiş edilir. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, bu haqda Anadolu Agentliyinə Biləcik Şeyx Ədəbalı Universitetinin ədəbiyyat fakültəsinin tarix bölümünün müəllimi dosent doktor Rəfiq Arıkan məlumat verib. R.Arıkan deyib ki, Biləcik XVI yüzillikdə Osmanlı İmperiyasında silah-sursat istehsal edilən ərazi olub. Buradakı müəssisədə top mərmiləri, güllələr istehsal edilirmiş. Müəssisənin 700-ə qədər işçisi olub. Sultan Süleyman Qanuni dövründə işçilərin sayı artaraq 1700-ə çatıb. Bu say nəzərə alınmaqla müəssisənin silah istehsalının da artdığını söyləmək olar. 1565-ci ildə 30 min daş, 35 min dəmir güllə sifariş edildiyinə dair sənədlər var. Osmanlı sultanı Orxan Qazi dönəmində bu ərazi "Küre-i Kebir Karyesi" kimi (böyük emalatxana, karyer) kimi tanınıb.