Azərbaycan Türk Ocağı bəyanat yayıb: 31 Mart  soyqımını unutmamalıyq

Azərbaycan tarixində erməni - bolşevik hərbi birləşmələrinin Azərbaycan türklərinə , müsəlman əhaliyə qarşı törətdikləri  1918 - ci ilin qanlı 31  Mart soyqrımı insan itkilərinin , dağıntıların miqyasına görə ən böyük faciələrdən biridir. Köhnə təqvimlə martın 18 - i , yeni vaxtla martın 31- dən aprelin 2 -dək erməni silahlılarının , "Daşnakstyun " partiyasının və bolşeviklərin  Bakıda milli zəmində törətdikləri soyqrım aktı Şura hakimiyyəti qurmaq  adı altında  Azərbaycanın bir cox bölgələrində davam etdirilib. 


 
Şamaxıda , Qubada , Salyanda , Neftcalada və digər bölgılərdə planlı şəkildə kütləvi qırğınlar törədilib, bölgəni türksüzləşdirmək siyasəti yeridilib. Özünü Bakı Komissarları Sovetinin sədri elan edən S.Şaumyan və tərəfdarları , Erməni Milli Şurası , " Daşnakstyun " partiyası  bu qırğın baş  verməyəcəyi təqdirdə  müsavatçıların  Azərbaycan müxtariyyatını elan edəcəklərini qeyd edərək sinfi mübarizə adı altında yerli türk - müsəlman xalqlarını soyqrıma məruz qoymuşlar. Bakıda müsəlmanlar yaşayan məhlələr, evlər gülləbaran edilib , ahıllar, körpələr, qadınlar qılıncdan kecrilib və qətlə yetirilib. Məscidlər dağıdılıb, qəzet redaksiyaları yandırılıb, ziyalılar öncədən tərtib edilən siyahılarla həbs edilərək güllələnib , neft quyularına , Xəzər dənizinə atılıb. 3 gün davam edən bu qırğınlar Bakı və ətraf bölgələrin etnik tərkibinin ruslar , ermənilər və digər kicik xalqların  xeyrinə dəyişməyə hesablanıb. Bakıda 18 min , Şamaxıda 8 min , Qubada 4 mindən cox  insan qətlə yetirilib.
Erməni və rusların törətdikləri bu soyqrım aktları Şərqi Anadoluda da eyni vəhşi üsullarla  davam etdirilib. Qars , Ərzurum , İğdır və digər ərazilərdə müsəlman və türk olduğu ücün insanlar öldürülüb , kəndlər , məhlələr dağıdılıb, qətlə yetirilənlər su quyularına atılıb, toplu məzarlıqlar yaradılıb.
Azərbaycan Türk Ocağı 31 Mart soyqrımı qurbanlarının əziz ruhu qarşısında baş əyir, İstiqlal şəhidlərinə Tanrıdan rəhmət diləyir , xalqımızı başımıza  gətirilən bu faciələri unutmamağa cağırır .

Azərbaycan Türk Ocağı Mətbuat Xidməti