“Ermənilər cəfəngiyyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər"


Eldar Sabiroğlu dünyanın böyük bilim adamlarının diqqətçəkən fikirlərindən yazdı

Erməninin simasızlığı, onun satqın və yaramaz millət olduğu barədə dünyanın böyük bilim adamlarının çox diqqətçəkən fikirləri var. Onlardan birinin, bəşər fəlsəfəsinin  təməl prinsiplərini yaradan korifey filosof Karl Marksın erməniyə aid söylədiyi söz heç də adi, gəlişi gözəllik naminə deyilmiş fikri ehtiva etmir. Dahi filosof burada millətin simasızlığını, çirkinliyini və dünya üçün təhlükəli toplum olduğunu bütün təfərrüatı ilə açıb göstərir. Marks yazır: "Erməni insan ola bilər, ancaq insanın erməni olması mümkün deyil".  Nə qədər yerində deyilmiş dürüst bir qiymət!!!
Karl Marksın ermənilər haqda dediyi ifşaedici fikri statusuma gətirərkən sözün doğrusu xeyli baxışın və rəyin  olacağına inanmazdım. Niyə və nə üçün? Hər şeydən əvvəl ölkəmdə Marksı oxuyan və müdrik kəlamlarına məndən daha artıq bələd olan insanların sayı çoxdur. Düz 106 nəfər statusuma baxış keçirmiş, 9 nəfər isə dişlərinin dibindən çıxanı dilə gətirmişlər. Belə qərara gəldim ki, bundan sonra adı və famili ən iyrənc millət kimi bəşər tarixinə düşmüş ermənilər barədə dünyanın böyük və qüdrətli şəxsiyyətlərinin fikirlərini qələmə aldığım statuslarımın başlıca qayəsinə və ruhuna çevirim. Axtarış və araşdırmalar yolumu gözləyir.
Necə qətt edəcəyimi zaman bilər. Hə uzatmadan keçək mətləbə. Görək
məşhur ingilis səyahətçisi Vilson nə deyir: "Ermənilər acgöz və tamahkardır.Onlar istənilən bir cəfəngiyyatı böyütmək üzrə abırsız dərəcədə mahirdirlər". Bəs bu çirkin millət barədə fransız yazıçısı və səyyahı Aleksandr Dümanın fikri nədən ibarətdir? "Bu tayfa (ermənilər) həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və hisslərini, duyğularını gizli saxlayan, hiyləgər, kələkbaz və nəhayət, əclaf adamlara çevrilmişlər". hələlik bu qədər.