Nuru Paşa Bakıda anılacaq - TÜRKPA anım mərasimi düzənləyir

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi Qafqaz İslam Ordusunun komandanı, Bakının xilaskarı Nuri Paşanın ədəbiyyətə qovuşmasının 75-ci ildönümünə həsr edilmiş anım toplantısı  təşkil ediləcək. 
"Sherg.az" xəbər verir ki, anım tədbiri martın 3-də Bakıda, "Hyatt Regency" hotelində keçiriləcək. 17:00-da başlayacaq tədbir saat 21:00-da bitəcək. Məlum olduğu kimi, türk tarixi bağrından saysız qəhrəmanlar çıxarmış və bu qəhrəmanlar tarixin qırılma nöqtələrində böyük müvəffəqiyyətlərə imza atıblar. Nuri Killigil Paşa bu görkəmli şəxsiyyətlərdən biridir. Azərbaycan Cümhuriyyətinin  Osmanlı dövlətlərindən yardım xahiş etməsi ilə hərb naziri Ənvər Paşanın təlimatı əsasında Qafqaz İslam Ordusunun başına keçən Nuri Paşa 15 sentyabr 1918-ci ildə Bakı başda olmaqla, Azərbaycanın müxtəlif bölgələrini düşmən işğalından azad edib, bunun təbii nəticəsi olaraq, bütün Azərbaycan xalqının qəlbində müstəsna yer tutub. Türkiyə Cümhuriyyətinin elan edilməsindən sonra İstanbulda yaratdığı zavodlarla türk müdafiə sənayesinin qabaqcılları arasında yer alan Nuri Paşanın əziz xatirəsi həm Azərbaycanda, həm də Türkiyədə yaşadılır.