
Zəlimxan Məmmədli: Gürcüstandakı mübarizə iki qütbün açıq müstəviyə keçən mübarizəsinin təzahürüdür
13:36 29.11.2024
Dünya
849
Gürcüstanda parlament seçkilərindən sonra siyasi proseslərin gedişi, xüsusilə Qərbdən idarə olunan müxalifətin əsassız olaraq seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsinə yönəlmiş fəaliyyəti aydın göstərir ki, Qərb Gürcüstanda rəngli inqilab ssenarisi planlaşdırıb və həyata keçirməyə çalışır. İnqilabın başlıca məqsədi mövcud hakimiyyəti devirmək və Gürcüstanda Qərbmeylli, Qərbdən idarə olunan iqtidar komandası formalaşdırmaqdır. Qərbin Gürcüstanda həyata keçirmək istədiyi ssenari 2004-cü il postsovet məkanında, o cümlədən Ukrayna və Gürcüstanda həyata keçirilmiş rəngli inqilabların, habelə 2014-cü ildə Ukraynada baş vermis inqilabın yenidən özünəməxsus formada təkrarını ehtiva edib. Bu planların reallaşdırılmasında USAİD kimi təşkilatlar fəal iştirak edirlər. Artıq yayılmış məlumatlar da təsdiq edir ki, Qərb Ukraynanın parçalanması ssenarisini gerçəkləşdirir. Neçə illərdir Ukrayna xalqına Qərb mərkəzlərinin verdiyi vədlər yerinə yetirilmir, ölkə sözün əsl mənasında həm iqtisadi, həm də insan resursları baxımından fəlakətli vəziyyətlə üzləşib. Qərb ümumilikdə hybrid müharibələr vasitəsilə postsovet məkanında ayrı-ayrı ölkələrin müqəddəratı, milyonlarla insanın canı və qanı bahasına qaynar nöqtələr yaratmaq planını gerçəkləşdirməyə çalışır. Eyni ssenarinin qarşıdan gələn dövrdə parlament seçkiləri keçiriləcək Serbiyada da təkrarlanması gözlənilir. Hazırda Qərbin nəzarətində olan siyasi partiyaların, medianın, QHT-lərin, diplomatların və s. Gürcüstanda sabitliyi pozmaq xəttini tutduğu aydın görünür.
Borçalı İctimai Birliyinin sabiq sədri Zəlimxan Məmmədli “Sherg.az”a söyləyib ki, dünya, xüsusilə Cənubi Qafqaz iki qütbün-Qərb demokratiyası ilə Rusiya despotizminin ideoloji, psixoloji savaş meydanını xatırladır:

“Milli demokratiyanı Qərbin aləti hesab etməyi doğru hesab etmirəm. Gürcüstan demokratiyanın dadını dadıb və onu daha yaxşı idarəetmə, cəmiyyətləşmə modeli hesab edir. Biz də ana yasamıza görə demokratik ölkəyik və demokratik dünyaya qarşılıqlı inteqrasiyanı doğru hesab edirik. Gürcüstandakı mübarizə isə iki qütbün açıq müstəviyə keçən mübarizəsinin təzahürüdür. Görünən odur ki, heç bir tərəf güzəştə getmək istəmir. Bu siyasi böhran əlamətidir. Tərəflərin kompromis arama imkanlarını görmək mümkün deyil. Bu gərginliklərin nə müddətə davam etməsini söyləmək bu baxımdan çətindir. Gürcüstandakı problemi hüquq və xalqın iradəsinin həll edəcəyinə inananıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın on diplomatı Macarıstandan qovuldu
14:03 08.09.2026
Dünya
ABŞ-ın sülh planı Ukraynanın kapitulyasiyasını rəsmiləşdirir - RƏY
13:57 08.09.2026
Gündəm
Rusiyanın Kiyevə gecə hücumu: Xəsarət alanların sayı 16-ya çatıb
13:02 08.09.2026
Dünya
Messi və Ronaldu bu dəfə komanda yoldaşı olacaqlar
12:14 08.09.2026
Futbol
Yəmən ordusu husiləri darmadağın edir - Ərazilər azad olundu
11:57 08.09.2026
Dünya
İstanbul meşələrində yaşayan vəhşi heyvanlar
11:45 08.09.2026
Maraqlı
Zaxarova: Ukrayna terrorizmin ixracına üstünlük verir
10:49 08.09.2026
Dünya
Tramp 4 ölkəni ABŞ ərazisi kimi göstərən xəritə paylaşıb
10:21 08.09.2026
Dünya
Tramp: Neftin qiyməti kəskin şəkildə düşəcək
10:09 08.09.2026
Gündəm
Saratova Ukrayna PUA-ları ilə hücum zamanı 10 nəfər yaralanıb
10:07 08.09.2026
Dünya
Kiyev: Uittkoff və Kuşner əvvəlkindən daha pis təkliflər gətirdi
10:00 08.09.2026
Dünya
Putindən Ermənistanla bağlı sərt qərar
09:59 08.09.2026
Gündəm
Rusiya bir gecədə 384 Ukrayna PUA-sını vurdu
09:55 08.09.2026
Dünya