“Təkzibolunmaz həqiqət: özlərini “erməni” adlandıran aramanilər”


Nurməhəmməd Azərinin əsərində Ermənistanın riyakar tarixçilərinin, dünyanı da aldatmağa çalışan erməni lobbisinin yalanları tarixi sənədlərə istinad edilərək ifşa olunur

“Anadolu yarımadasının şərqində yerləşən və “erməni” tarixçilərinin “Erməni” dağları adlandırdıqları Böyük sıra dağlarının, əslində, qədim adı tamam başqadır. Tərtib edilmiş xəritələrdə bu ərazinin «Böyük Ermənistan» adlandırılması isə tamamilə yanlışdır. Çünki tarixdə belə bir dövlət olmayıb”. Bu ifadələr araşdırmaçı yazar, tarixçi alim Nurməhəmməd Azərinin “Təkzibolunmaz həqiqət: özlərini “erməni” adlandıran aramanilər” kitabındandır. Əsərdə Ermənistanın riyakar tarixçilərinin, “Böyük Ertmənistan” xülyası ilə başı dumanlanmış, dünyanı da aldatmağa çalışan erməni lobbisinin yalanları, iftiraları tarixi sənədlərə istinad edilərək ifşa olunur. Müəllif qeyd edir ki, “erməni” mənşəli tarixçilər beynəlxalq ictimaiyyəti riyakarcasına çaşdıraraq şərqi Anadoluda qədim zamanlarda Böyük Ermənistan dövlətinin mövcud olduğunu, bu dövlətin ərazisindəki sıra dağlarının “Erməni” dağları adlandırıldığını və bu barədə beynəlxalq səviyyədə çoxlu sayda coğrafi və siyasi xəritələrin nəşr edildiyini bildirirlər. “Doğrudur, belə xəritələr tərtib edilərək nəşr olunub. Lakin qeyd edək ki, bu xəritələr “erməni” tarixçiləri və coğrafiyaşünasları tərəfindən saxtalaşdırılaraq tərtib edilib və heç də həqiqəti əks etdirmir. 

Həqiqət isə belədir; Anadolu yarımadasının şərqində yerləşən Böyük sıra dağlarının vadisi geniş otlaq sahələrinə və axar kiçik çay hövzələrinə malik olmaqla maldarlıq və əkinçilik təsərrüfatı üçün çox əlverişli idi. Bu sıra dağlarının vadisində əkinçiliklə məşğul olanlara, iri və xırda buynuzlu mal-qara otaran yerli türkdilli tayfaların çobanlarına bu vadidə müxtəlif yırtıcı heyvanlar hücum edir, mal-qaranı parçalayır, bir çox hallarda isə mal-qaranı otaran çobanların özləri belə bu hücumların qurbanına çevrilirdilər. Odur ki, mal-qaranı səhər sübh çağı otlağa çıxaran çobanlar və əkin sahələrinə gedən əkinçilər öz yaxınlarına «günəş batana qədər qayıtmasam ara məni» (yəni «axtar məni») deyirdilər. Məhz bu səbəbdən bu sıra dağlarının adı e.ə. minilliklər ərzində el arasında «Ara məni» dağları deyə adlandırılıb. Yunanıstanın şərq çarlıqlarında, xüsusilə Fessaliya və Makedoniyada, həmçinin şimal-şərq ərazisi olan Frakiyada basqınçılıq və qarətlə məşğul olduqlarına görə yunanlar tərəfindən e.ə. XIII-XII əsrlərdə bir çox hallarda silah gücünə sıxışdırılaraq qovulmuş tayfalar miqrasiya edərək Kiçik Asiyaya köçüblər. Kiçik Asiyada isə artıq əsasən əkinçiliklə məşğul olmaqla oturaq həyat tərzi sürən digər tayfalar: friqlər, xettlər, urartlar, luvilər, hürritlər, assurlar, xaldeylər və s. məskunlaşmışdılar. Bu baxımdan Yunanıstandan sıxışdırılıb çıxarılan köçəri həyat tərzi sürən bu tayfaların əksəriyyəti Ara məni sıra dağlarının ətəyində məskunlaşmaq qərarına gəlmişlər. Bu tayfalar arasında hətta qədim Misirdən, Dəclə və Fərat çaylarının vadisindən də miqrasiya nəticəsində köçüb gələn tayfalar da var idi. Ətraf ərazilərdə yaşayan türkdilli tayfalar bu gəlmə tayfaları məskunlaşdıqları coğrafi məkanın adı ilə “aramənilər” adlandırıb. ... Coğrafi məkanın adı ilə araməni adlanan, sonralar isə əsrlər ötdükcə araməni sözü tədricən təhrif olunaraq «erməni» adı ilə əvəzlənmiş bir etnos meydana gəlib. Təsadüfi deyil ki, yüz əsrlər ötməsinə baxmayaraq, bu günə kimi “erməni” “erməni”yə «məni» sözünü ixtisara salmaqla «Ara!» (yəni həmyerlim) deyə müraciət edir. Tarixçilərin və etnoqrafların araşdırmaları nəticəsində müəyyən edilib ki, tarixdə “erməni” və ya arime adlı ayrıca bir tayfa olmayıb, əksinə, bu etnos onlarla müxtəlif tayfaların birləşməsi nəticəsində meydana gələn, genefonunda riyakarlıq və nekrofiliya olan (yəni qurbanını əzabla öldürməkdən həzz alan) bir etnosdur. Hətta bu etnosun xüsusiyyətləri haqqında mənşəcə “erməni” olan şair Yeqişe Çarens vaxtilə demişdi: «Riyakarlıq biz “erməni”lərdə hələ ana bətnində olarkən yaranır!». Müəllif əsərində müasir “erməni”lərin əcdadlarının Cənubi Qafqaza Avropadan gəlmələr olduğunu tarixi faktlara əsasən qeyd edir: “XIX əsrin sonu XX əsrin əvvəllərində rus etnoqrafiya nomenklaturasında coğrafi baxımdan “erməni”lərin Qafqaz məkanına gəlmə etnos olduğu bildirilir. Rus qafqazşünasları açıq-aşkar bildirirlər ki, “erməni”lər Qafqaza gəlmələrdir. Müasir “erməni”lərin e.ə. XIII-XII əsrlərdə Kiçik Asiyaya miqrasiya etmiş çoxsaylı tayfaların törəmələri olduqlarını XIX əsrin tanınmış rus qafqazşünası U.Şopen də bu faktı təsdiqləyir. Yunan coğrafiyaşünası və səyyahı Strabon (e.ə. I əsr) Qafqazda yaşayan tayfaların adlarını qeyd edərkən tərtib etdiyi siyahıda gürcülərin qədim əcdadları olan iberiyalıları, azərbaycanlıların qədim əcdadları olan albanları, abxazları, çerkesləri, avarları, ləzgiləri aborigen (yerli) tayfalar kimi göstərir. Bu siyahıda “erməni” adı yoxdur! “Erməni” tayfasının adına frako-friqiya tayfalarının siyahısında da rast gəlinmir. Bu, bir daha sübut edir ki, “erməni” etnosunun adı ayrıca bir mono-tayfanın adı olmayıb, əksinə, Araməni dağının vadisində məskunlaşmış müxtəlif tayfaların birləşməsindən yaranmış yığımlı, ümumi bir addır. Rus qafqazşünası V.E.Veliçko XX əsrin əvvəllərində apardığı tədqiqatların nəticəsinə görə yazırdı: «…“erməni”lərin mənşəyi məlum deyil!». Yunan tarixçisi Ksenofon (e.ə. 400 il) Anadolu yarımadasına səyahət edərkən “erməni” mənşəli tarixçilər tərəfindən sonralar «Böyük Ermənistan» adlandırılacaq ərazinin əhalisinin türkdilli olduğunu bildirib. Erməni alimi Patkanov isə bildirir ki, «Erməniyyə» adı dövlət adı deyil, məhz coğrafi məkanın adıdır. Herodot özünün «Tarix» əsərində yazırdı: «…fars çarı Kserks (e.ə. 485-465-ci illər) Yunanıstana qarşı hərbi yürüş edərkən (e.ə. 480-ci il) artıq aramənilər adlanan tayfaların başçıları Kserksə bu yürüşdə öz hərbi köməklərini təklif ediblər. Əvəzində isə qalibiyyətli müharibədən sonra Kserksdən vaxtilə yunanlar tərəfindən sıxışdırılaraq qovulduqları ərazidə (Frakiyada) onlara özlərinin dövlətlərini yaratmaqda yardım göstərilməsini istəyiblər. Danışıqlar qarşılıqlı razılaşma ilə bitib”. Tarixi mənbələrdən məlum olduğu kimi Kserk məhz bu riyakar, yaltaq, casusluqla məşğul olan tayfa üzvlərinin gizli dağ yolunu nişan verməsi sayəsində cəsur spartalı döyüşçülərə qalib gələ bilib. Müəllif qeyd edir ki, “demək, məntiqə görə müasir “erməni”lərin tarixi qan düşmənləri türklər yox, yunanlardır!”. XVII əsrdə Osmanlı imperiyasına səyahət etmiş, 1584-cü ildə Qərbi Ukraynada anadan olmuş əslən “erməni” mənşəli olan Simeon Lexasi də bunu təsdiq edir. O, özünün «Yol qeydləri» adlı əsərində yazır: «…“erməni”lərin qan düşmənləri yunanlardır. Onlar “Erməni çarlığı”nı məhv etmişlər. Bilmirəm nə səbəbə görə yunanların biz “erməni”ləri görən gözləri yoxdur?!». Simeon Lexasinin sözlərindən aydın olur ki, adı çəkilən, tarixi məlum olmayan «Erməni çarlığı»nın Cənubi Qafqaza heç bir aidiyyəti yoxdur”. Müəllif əsərində müasir ermənilər tərəfindən Eçmiədzin - əslində isə vaxtilə  türk dilində Üç müəzzin adıyla tanınan kilsənin Qaraqoyunlu hökmdarı Cahan şah tərəfindən erməni-qriqorian yepiskopluğuna hədiyyə edildiyini yazır: “Bir çox yüzilliklər ərzində «erməni-qriqorian yepiskopluğu»nun öz yerini dəfələrlə dəyişməsi izaholunmazdır. Dvinadan, Armonka, Axtomardan Sebastiyaya, sonra isə Aniyə – yəni Cənubi Qafqaz sərhədlərindən kənarda yerləşən sərhədlərə köçürülüb. Yalnız son mərhələdə «erməni-qriqorian yepiskopluğu» Azərbaycanın qərb ərazisində yerləşən və 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahan şah (1438-1467) tərəfindən “erməni”lərə hədiyyə edilmiş Üç müəzzində məskunlaşıb. Qaraqoyunlu şahının bu addımı xristian dünyasında özünə hörmət qazanmaq məqsədi daşıyırdı. Lakin erməni-qriqorian yepiskopluğuna edilən bu əvəzsiz yaxşılığın əvəzi tamam əksinə oldu. Üç müəzzinin adını dəyişərək Eçmiədzin adlandıran və artıq özünə dayaq nöqtəsi əldə etmiş erməni-qriqorian yepiskopluğu islam dininə qarşı münasibətdə mövcud olan Qərb-Şərq qarşıdurmasında (Qərb dövlətlərinin Şərq ölkələrinə qarşı XI-XIV əsrlərdə xaç yürüşlərini xatırlayın) bir vassal kimi Qərb dünyasına mənsub olduğunu nümayiş etdirərək Qaraqoyunlu dövlətinə qarşı antimüsəlman təbliğatı aparmağa başladı”.
Tarixi faktlar baxımından təkzibolunmaz həqiqətlərin üzə çıxarıldığı əsər oxucular və tarixçilər üçün dəyərli mənbə hesab edilə bilər.