
Millət Vəkili: AK Azərbaycana qarşı haqsızlığın kobud və açıq bir formasını nümayiş etdirir
11:18 09.04.2025
Siyasət
479
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı Avropa Komissiyasının Azərbaycana münasibətinə toxunub.
Dövlətimizin başçısı bununla bağlı deyib: “Bu gün Avropa Komissiyasında çəhrayı eynəkləri çıxarmalıdırlar, dünyaya real gözlə baxmalıdırlar, Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər. Cənubi Qafqazı özlərinin sevimli və ya qeyri-sevimli dövlətlərinə bölməli deyillər”.
Milli Məclisin deputatı Asim Mollazadə "Sherg.az"a deyib ki, əslində AK Azərbaycana qarşı qərəzli mövqe sərgiləməklə haqsızlığın olduqca kobud və açıq bir formasını nümayiş etdirir:

"AK bəzən hətta Avropa Birliyinin ümumi maraqlarına uyğun gəlməyən qərarlar qəbul edir. Bu vəziyyətin əsas səbəblərindən biri də çox güclü, təşkilatlanmış və maliyyə baxımından imkanlı erməni diasporasının bu istiqamətdə göstərdiyi davamlı təzyiqlərdir. Bir sıra ölkələr məhz erməni diasporasının təsiri ilə öz siyasətlərini dəyişir, müdaxilələrini həmin maraqlara uyğunlaşdırır. Nəticə etibarilə Azərbaycana qarşı açıq-aşkar haqsızlıqlar törədirlər. Bu isə tamamilə qəbuledilməzdir. Erməni diasporasının əsas məqsədi regionda sülh və sabitliyi pozmaq, müharibə vəziyyətinin davam etməsinə nail olmaq, revanşist meylləri gücləndirmək və nəticədə Ermənistanda yeni faciələrin baş verməsinə zəmin yaratmaqdır. Ümumilikdə, bu qüvvələr tarix boyu həyata keçirdikləri soyqırımı siyasətini bu gün də fərqli formalarda davam etdirmək istəyirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə
WUF14 2028-ci ildə Mexikoda keçiriləcək
18:02 19.05.2026
Dünya