Putinin sözçüsü: ABŞ-ın təhdidləri fonunda İran qabaqlayıcı tədbirlər görür
10:42 09.04.2025
Dünya
330
ABŞ-ın qarşıdurma ritorikasını nəzərə alsaq, İranın ordusunu yüksək döyüş hazırlığı vəziyyətinə gətirmək qərarı təbiidir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, İran ətrafında vəziyyətin pisləşməsi Rusiyanı narahat edir.
“Əlbəttə, hamı kimi bu, Moskvanın da narahatlığa səbəb olub. Biz kifayət qədər sərt ritorika eşidirik. Təbii ki, İran hakimiyyəti lazımi qabaqlayıcı qoruyucu tədbirlər görür. Bütün bunlar gərginliyin artmasına gətirib çıxarır. Biz hesab edirik ki, bu şəraitdə əsas şey yəqin ki, təmasların mümkünlüyündən bəhs edən xəbərlərə diqqəti cəmləməkdir - istər birbaşa, istərsə də dolayısı, bu, o qədər də vacib deyil. Lakin təmaslar və dialoq həmişə gərginliyin artmasına səbəb olan qarşıdurma hərəkətlərindən daha yaxşıdır”, - Putinin sözçüsü vurğulayıb.
Qeyd edək ki, “Reuters“ yüksək vəzifəli İran rəsmisinə istinadən xəbər verib ki, İranın Ali Rəhbəri Əli Xamenei silahlı qüvvələrin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsini əmr edib. Bu, Vaşinqtondan gələn təhdidlər fonunda baş verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"The New York Times": Tehran dağıdılmış tunelləri bərpa edir
23:28 19.05.2026
Dünya
Qorxulu iqlim ssenarisi üçün əsas yoxdur - Ekoloq
22:44 19.05.2026
Ekologiya
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının hərəkət cədvəli açıqlanıb
22:27 19.05.2026
Dünya
Fransa hərbi xərcləri 36 milyard avro artıracaq
22:06 19.05.2026
Dünya
"Meta" yeddi min işçisini süni intellekt bölməsinə keçirir
21:33 19.05.2026
Texnologiya
Tramp: Si Cinpin İrana silah göndərilməyəcəyinə təminat verib
20:48 19.05.2026
Gündəm
Demet Özdemir Kann festivalında diqqət mərkəzində oldu
20:44 19.05.2026
Şou
Tramp Kuba ilə razılaşmanın mümkün olduğunu deyib
20:28 19.05.2026
Dünya
Tramp Ağ Evin damına dron yerləşdiriləcəyini bildirib
20:19 19.05.2026
Gündəm
NATO Hörmüz boğazında gəmiçiliyi bərpa etmək istəyir
20:07 19.05.2026
Gündəm
Putin Çinə səfər edib
19:56 19.05.2026
Dünya
Tramp: Onlara daha bir böyük zərbə vurmalıyıq
18:59 19.05.2026
Dünya
ABŞ Avropadakı hərbçilərin sayını azaltmaqda davam edəcək
18:50 19.05.2026
Dünya
Goranboyda iki qadın qətlə yetirildi
18:18 19.05.2026
Hadisə