Tokayev: TDT üzvləri arasında ticarət dövriyyəsi 45 milyard dolları ötüb
Yusif Nəzərli
10:56 03.01.2025
Gündəm
380
TDT-yə daxil olan ölkələr bizim qonşularımız və mühüm geosiyasi tərəfdaşlarımızdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Ана тiлi” qəzetinə müsahibəsində bildirib.
“Sədrliyimiz dövründə siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar sahələrdə əməkdaşlığın intensivləşdirilməsinə xüsusi diqqət yetirilib. Konkret nəticələr əldə edilib, bir sıra irimiqyaslı layihələr həyata keçirilib, 80-dən çox tədbir təşkil olunub. Astanada V Ümumdünya Köçəri Oyunları keçirilib. Təhsil və akademik strukturlar, yaradıcı ziyalılar arasında sıx əlaqələr qurulub. 2021-ci ildə Türk dünyasının mənəvi paytaxtı elan edilən Qədim Türküstan xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında xüsusi rol oynayır”, - deyə dövlət başçısı vurğulayıb.
Onun sözlərinə görə, son 10 ildə TDT üzvləri arasında ticarət əlaqələri əhəmiyyətli dərəcədə möhkəmlənib, 2024-cü ildə isə qarşılıqlı ticarət dövriyyəsinin həcmi 45 milyard dolları ötüb.
“Ölkələrimiz Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun həyata keçirilməsində mühüm rol oynayır. Biz enerji, sənaye, kənd təsərrüfatı və rəqəmsallaşma sahələrində əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik”, - deyə o qeyd edib.
Prezident xatırladıb ki, TDT-nin sədri kimi Qazaxıstan TURKTIME! şüarı ilə çıxış edib. Bu abreviatura səkkiz prioriteti: Ənənələr (Traditions), Birləşmə (Unification), İslahatlar (Reforms), Bilik (Knowledge), Etibar (Trust), İnvestisiyalar (Investments), Mediasiya (Mediation) və Enerji (Energy) ifadə edir.
“Bu prioritetlər TDT ölkələri ilə məhdudlaşmayan bütün Türk birliyi tərəfindən maraqla qarşılanıb. Qazaxıstan Türk dünyasının yaxınlaşmasına töhfə verən bütün yaradıcı təşəbbüsləri dəstəkləyir və Rusiyanın “Altay – türklərin beşiyi” konsepsiyasına da müsbət yanaşır. Ölkəmiz bütün türk xalqları arasında əlaqələrin dərinləşməsinə və ümumi zəngin tarixi və mədəni irsimizin təbliğinə bundan sonra da kömək edəcək”, - deyə Tokayev bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət