Azərbaycanın şəhid xanı - Cavad xan Gəncəli
Yusif Nəzərli
18:46 03.01.2025
Tarix
2366
Bu gün ruslar tərəfindən məğlub olacağını bilsə də təslim olmayan, son damla qanına kimi işğalçılara qarşı vuruşan Cavad xanın şəhid olduğu gündür.
Cavad Xan 1748-ci ildə Gəncədə anadan olub. O Gəncədə uzun zamandır hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan qacarların bir qoludur. Cavad xan taxta çıxanda Gəncənin üstünü qara buludlar örtür. Gürcülər Gəncəni işğal etmək istəyirdi. Cavad xan əlbəttə buna yol verə bilməzdi. Gəncədə bu hadisələr cərəyan edərkən Azərbaycan xanədanından olan Ağa Məhəmməd xan Qacar Qafqaza yürüş təşkil edirdi. Bundan məharətlə istifadə edən Cavad xan, Ağa Məhəmməd xan Qacara öz itaətini bildirdi. Öz qoşunlarını Qacar qoşunları ilə birləşdirən Cavad xan Ağa Məhəmməd xanın Gürcüstan səfərinə qoşuldu. Qacar və Gəncə qoşunları gürcülər üzərində qələbə qazandı. Bununlada Cavad xan Gəncəni işğal təhlükəsindən xilas etdi. Cavad xan bu dövrdə bir-birini sürətlə əvəz edən mürəkkəb hadisələr fonunda fəal siyasi fəaliyyət aparırdı. Yaxınlaşan Rusiya təhlükəsi qarşısında Azərbaycan, Dağıstan və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış etməyi təklif edir, ruslara qarşı koalisiya yaratmağa çalışırdı. Lakin həlledici anda onlardan dəstək ala bilmir və güclü düşmən qarşısında tək qalır.
Gəncənin işğalı ruslar üçün çox əhəmiyyətli idi. Şəhəri döyüşsüz almaq istəyən Sisianov Cavad xana bir neçə dəfə təslim olmağı təklif etsə də, rədd cavabı alır. 1803-cü il noyabrın 20-də onun komandanlığı altında rus ordusu Tiflisdən Gəncə üzərinə yeriyir və dekabr ayında şəhəri mühasirəyə alır. 1804-cü il yanvarın 3-də rus ordusunun iki istiqamətdən şəhər üzərinə güclü hücumu başlanır. Qeyri-bərabər döyüşdə ruslar şəhəri almağa müvəffəq olur. Bu döyüşlərdə xan və oğlu ruslara qarşı döyüşərkən həlak olur. Adını tarixə qızıl hərflərlə yazdıran Cavad xan Gəncədə Şah I Abbas tərəfindən tikilmiş məşhur Cümə məscidində dəfn olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukrayna ilə bağlı bu il müsbət xəbərlər gözləyir
21:57 03.06.2026
Dünya
DÇ-2026: İran millisinin oyunçuları viza aldılar
21:44 03.06.2026
Futbol
Rubio: ABŞ Ukraynada sülh səylərini bərpa etməyə hazırdır
21:16 03.06.2026
Dünya
Tramp Türkiyəyə səfər edəcək
21:04 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi - YENİLƏNDİ
20:52 03.06.2026
Hadisə
Messi İspaniyanın nüfuzlu mükafatını qazandı
20:30 03.06.2026
Futbol
Küveyt iki İran diplomatını "arzuolunmaz şəxs" elan etdi
19:59 03.06.2026
Region
Nəsimi rayonunda kafedən oğurluq edənlər saxlanılıb
19:28 03.06.2026
Hadisə
Ərdoğan: “Qəhrəman elan etdikləri bu gün xain oldu”
19:17 03.06.2026
Gündəm
Cəlilabad sakini dayısı arvadını qətlə yetirdi
18:35 03.06.2026
Hadisə
Qadınların hesablarından pul oğurlanır - AMB
18:11 03.06.2026
İqtisadiyyat
Cill Bayden: “Co Baydenə qarşı ittihamlar bizi sarsıtdı”
16:54 03.06.2026
Dünya
Roma Papası Prezident İlham Əliyevi təbrik edib
16:45 03.06.2026
Gündəm