
"Azərbaycan tarixində Türk Albaniya"
Yusif Nəzərli
15:46 11.04.2022
Tarix
1561
Azərbaycan "Türk Ocağı" Mirzə Bala Məmmədzadənin kitabını çap etdirdi.
Azərbaycan "Türk Ocağı" İctimai Birliyinin təşəbbüsü ilə milli azadlıq hərəkatı mücahidi, ictimai-siyasi fikir tariximizin nəhənglərindən Mirzə Bala Məmmədzadənin "Azərbaycan tarixində Türk Albaniya" əsəri çap olunub.
1951-ci ildə Ankarada nəşr edilən M.B.Məmmədzadənin bu əsəri Azərbaycan "Türk Ocağı"nın sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının giriş, filologiya üzrə fəlsəfə doktoru Aydın Qasımlının ön sözüylə işıq üzü görüb. 300 tirajla çap olunan əsəri Azərbaycan türkcəsinə jurnalist-araşdırmaçı Sərxan Carçı uyğunlaşdırıb. Azərbaycanın qədim dövlətçilik tarixini əhatə edən, müxtəlif mənbələrə istinadən yazılan kitab bu gün də aktuallığını, elmi dəyərini qoruyub saxlayır.
Alban tarixşünaslığını, irsini mənimsəməyə çalışan erməni və bəzi qafqazdilli xalqların iddialarının əksinə, Albaniyada aparıcı etnik soy-kökün türklərə məxsusluğunu isbatlayan "Azərbaycan tarixində Türk Albaniya" əsəri tarixin qaranlıq mərhələlərinə işıq salır.

Albaniyanın təşəkkülü, siyasi-tarixi coğrafiyası, etnik tərkibi bu əsərdə tarixi mənbələrə söykənərək araşdırılıb. Təəssüf ki, Azərbaycan tarixçiləri, albanşünasları bu qiymətli məxəzdən yetərincə yararlanmayıb, tədqiqatlarında faktlardan istifadəni üstün hesab etməyiblər.
Azərbaycan "Türk Ocağı"nın ilk kitab layihəsi olan "Azərbaycan tarixində Türk Albaniya" əsərinin maraqla qarşılanacağı şübhəsizdir. Yaxın günlərdə kitabın təqdimat mərasimin keçiriləcəyi planlaşdırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq
08:08 28.04.2026
Cəmiyyət
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya