
Parlamentari: ABŞ-Çin ticarət savaşı qlobal iqtisadiyyata təsirsiz ötüşməyəcək
12:37 11.06.2025
Tarix
758
Londonda keçirilən danışıqlarda ABŞ və Çin nümayəndələri ikitərəfli ticarətə qoyulan məhdudiyyətlərin qismən aradan qaldırılması və nadir torpaq metallarının Çindən tədarükünün təmin edilməsinə dair sazişlərin həyata keçirilməsi planı barədə razılığa gəliblər. Bu barədə jurnalistlərə ABŞ-nin ticarət naziri Hovard Lutnik məlumat verib. Onun sözlərinə görə, qarşılıqlı rüsumların qismən azaldılmasına dair razılaşma əldə edilib. Tərəflərin razılaşdırdığı plan ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpinin təsdiqinə təqdim olunacaq. Lutnik bildirib ki, biz bu çərçivə sazişlərini ölkə rəhbərləri tərəfindən təsdiqləndikdən sonra həyata keçirməyə başlayacağıq. Şübhəsiz ki, nadir torpaq metalları və maqnitlərlə bağlı məsələnin də çərçivə icrası yolu ilə həll ediləcəyini gözləyirik. Qeyd edək ki, ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Bessent və ticarət üzrə danışıqlar aparan Ceymison Qri də daxil idi. Çin tərəfini Baş nazirin müavini He Lifen təmsil edib.
Milli Məclisin deputatı Azər Badamov Sherg.az-a söyləyib ki, dünyanın ən iri iki iqtisadi gücü olan ABŞ və Çin arasında ticarət müharibəsi davam etməkdədir:

“Londonda keçirlən ticarət danışqlarında tərəflər may ayına qədər məbləği 100 faizi ötən qarşılıqlı rüsumları qismən azaltmaq barədə razılığa gəliblər. Amma ABŞ-nin Çinlə bağlı tətbiq olunan rüsumlarda kəskin azalmaların olacağı gözlənilən deyil. ABŞ Çin malların idxalına 145 %, Çin isə buna cavab olaraq 125 % rüsum tətbiq edib. Çinin ABŞ-yə 462 milyard dollarlıq bir ixracın olduğunu və ABŞ-dan idxalı isə 143 milyard dolarlıq bir dövrüyyə olduğuna diqqət etsək, bu ticarət müharibəsinin hər iki ölkənin iqtisadiyyatında müəyyən çətinliklərin yaradacağını deməyimizə imkan verir. Ümumiyyətlə ABŞ-Çin ticarət savaşı qlobal iqtisadiyyata da təsirsiz ötüşməyəcək. Çünki bu iki böyük iqtisadi gücün qlobal iqtisadiyyatda payı və təsir imkanları kifayət qədər böyükdür. Bütün bunları nəzərə alaraq qənaetə gələ bilərik ki, bu iki iqtisadi güc arasında müəyyən bir razılıq əldə olunmasa qlobal bazarlarda bahalaşmalrın baş verəməsi qaçılmaz olacaqdır”.
Oxşar xəbərlər
Azərbaycan Ordusu dünya hərb tarixində yeni qəhrəmanlıq səhifəsi açdı - İlham İsmayıl
16:14 06.11.2026
GİZLİNLƏR: Stalinin cənazəsi Mavzoleydən necə çıxarılıb? - Tarixçi təfərrüatları açıqlayıb
12:04 31.10.2026
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya