
Qulu Məhərrəmli: Xalqımız milli kimlik məsələsini dərk etdikcə 28 Mayın mahiyyəti daha yaxşı qavrayacaq
13:06 27.05.2024
Tarix
1458
Bu gün müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündən 106 ötür.
Birinci Dünya müharibəsindən məğlub olaraq ayrılan Rusiya İmperiyası parçalanırdı. Bu zaman Zaqafqaziya Demokratik Federativ Respublikasına daxil olan dövlətlər fedarasiyadan bir-bir ayrılırdı. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Milli Şuranın birinci iclasında İstiqlal Bəyannaməsi imzalandı və Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi rəsmən elan edildi.
Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk türk Cümhuriyyət olmaqla yanaşı, qadınlara seçmə və seçilmə hüququnu verən, ölkədə millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edən ilk Cümhuriyyət olub. Azərbaycan Xalq Cümhuriyyəti dövrün çətinliklərinə baxmayaraq bir çox qərar qəbul edib, ordu quruculuğuna başlayıb, Bakı Dövlət Universitetini təsis edib, iqtisadi islahatlar apararaq xalqın güzəranını yaxşılaşdırmağa çalışıb.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşasa da, Azərbaycan xalqının milli şüurunun oyanmasında böyük rol oynamış, qəlbində dərin iz buraxmışdır.
Tanınmış jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli "Sherg.az"a açıqlamasında bildirib ki, hazırda Cümhuriyyət dövrü əvvəlki illərə nisbətən daha yaxşı öyrənilir:

"Lakin düşünürəm ki, Cümhuriyyət qurucularının ayrı-ayrı işlənilməsini qənaətbəxş hesab etmək olmaz. Çünki Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski kimi şəxsiyyətlər hələ də kifayət qədər araşdırılmayıb. Kütləvi İnformasiya Vasitələrinin əsas funksiyalarından biri maarifləndirməkdir. Hesab edirəm ki, Cümhuriyyət dövrü maarifləndirici mövzuda aparıcı mövzularımızdan olmalıdır. Vaxtı ilə Üzeyir Hacıbəyli yazırdı ki, "Biz milli təhlükəsizlik, xalqın rifahı, dövlət intizamı ilə yanaşı istiqlal mövzusunu da təbliğ etməliyik". Hələki Müstəqillik günü xalq tərəfindən böyük izdihamla qeyd olunmur. Çünki bu bayram xalqın qanına tam hopmayıb. Lakin xalqımızın tarixi bilikləri artdıqca, milli kimlik məsələsini dərk etdikcə 28 Mayın mahiyyətini daha yaxşı qavrayacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
11:35 25.09.2026
Gündəm
Dövlət qulluğu sahəsində yeni meyarlar müəyyənləşir
11:25 25.09.2026
Aktual