"Qurbanlıq" ancaq sürücülərdir
Məlahət Rzayeva
07:06 29.04.2021
Tarix
943
Gülməli vəziyyət yaranıb, "parkovka"lardan yığılan pullar hara gedir, aydınlaşdıran yoxdu
"44 gün ərzində düşmənin başını əzən Azərbaycan dövləti, mümkün deyil ki, yol kənarında dayananlarla bacara bilməsin"
“Parkovşik" adlanan şəxslərin bizə yaxından-uzaqdan aidiyyəti yoxdur. Bu gün Bakı şəhərində kim 1 manatı elə belə yığa bilər? Onların arxasında müəyyən himayədarları var”.
Bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
“Həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır. Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılmasından söz gedə bilməz. Hər hansı parkda duran şəxsə BNA vəsiqə verməyib. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib”, - o deyib.
V.Kərimli əlavə edib edib ki, parklanma məsələsi qaldırılanda fərqli kanallardan və istiqamətlərdən qara piar aparılır: “Məqsədimiz Bakı şəhərində yeraltı və yerüstü qarajlara investisiyaların cəlb edilməsi idi. Gəliri və tarifi hesablanmadan investisiyanı cəlb edə bilmirik.
Parklanma ilə bağlı ilkin pilot layihə 6-cı paralel küçəsində tətbiq ediləcək. Orada fərqli parklanma siyasəti tətbiq edəcəyik. Bundan sonra bu, Bakı şəhərinin mərkəzini və ətraf ərazilərini əhatə edəcək, "parkovşik" məsələsi qalmayacaq. Bu, bizim dövrdə yaranmayıb, əvvəlki dövrlərdən bizə miras qalıb".
Bakıda parklanma yerlərinin Pirallahıya kimi təşkil olunması nəzərdə tutulub.
V.Kərimli deyib ki, Bakı şəhəri üzrə hazırda 15 minə yaxın parklanma mövcuddur: “BNA-nın fəaliyyəti müddətində 5300 parklanma yeri təşkil edilib. Bundan əlavə bir şirkətlə razılığa gəlmişik və 2028-ci ilə qədər Pirallahıya kimi parklanma siyasəti həyata keçiriləcək".
BNA rəhbərinin etirafları təəccüblü və əlbəttə ki, təəssüf doğurandır. Sürücülər “qan ağlayır” ki, avtomobili bilmirik harda saxlayaq. Maşını saxlayan kimi birisi əlində çomaq böyürdən çıxır, nə edəsən, pulunu verməlisən. Vermirsən, ardınca söyür. “Başıma sadağa” deyib ödəyirsən. Avtomobilləri saxlamaq üçün qanuni parklanma yerləri də yoxdur. Paytaxtdakı bir-iki yeraltı parklanma yeri avtomobillərin tələbatını ödəmir. Belə parklanma yerləri həm də çox bahadır. Ümid qalır, qanunsuz parklanmaya, onda da sürücünün başının üstünü BNA rəhbərinin nişan verdiyi “parkovşik”lər kəsdirir. Belə çıxır ki, ölkədə özbaşınalıq hökm sürür? Kimlərsə “parkovka”ları idarə edir, gəlirləri də şəxsi ciblərinə qoyurlar. Vəziyyət idarəolunmaz haldadır (?!).
Məsələyə iqtisadçı ilə aydınlıq gətirməyə çalışdıq. İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, problem qanunvericiliyin tələbləri çərçivəsində həllini tapmalıdır:
- Əgər parklanma məsələsi BNA-ya həvalə edilibsə, yəni BNA-nın Əsasnaməsində, təlimatlarında “parklanma” onların səlahiyyətindədirsə, deməli, öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Buyurub, izah etsinlər ki, niyə vəzifələrini yerinə yetirə bilmirlər. Əgər parklanma işi BNA-nın səlahiyyətinə aid deyilsə, o zaman, lütfən, açıqlasınlar ki, hansı qurumun səlahiyyətindədir. Bilirsiz, gülməli vəziyyət yaranır. 44 gün ərzində düşmənin başını əzən Azərbaycan dövləti, mümkün deyil ki, yol kənarında dayananlarla bacara bilməsin. Sadəcə, konstruktiv həll variantı lazımdır. Nazirlər Kabineti müvafiq qərarla bu məsələni tənzimləməlidir. Düşünürəm ki, “parkovka”ların səlahiyyəti BNA-ya verilib, lakin BNA bu sahəni nəzarətə ala bilmir. Paytaxt küçələri müəyyən “mmc”lər arasında bölünüb və onlar tərəfindən “idarə olunur”. Pulları da toplayıb hara, kimə verirlər, özləri yaxşı bilir. Şirkət nümayəndələri ratsiya ilə gəzir. Kimsə yaxınlaşıb etiraz edəndə, o dəqiqə ratsiya ilə xəbər ötürürlər. Belə bir özbaşınalıq var. Hesab edirəm ki, BNA, Bakı şəhər İcra Hakimiyyəti, Dövlət Yol Polisi “parkovka”larla bağlı birgə açıqlama verməlidir. Belə çıxır ki, “qurbanlıq” ancaq sürücülərdir? Kim harda gəldi, tutub pul alır. Sürücüyə cərimə yazmaq asandır, bacarırlar, bu işi həll etsinlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüzdə ticarət gəmisi vuruldu: 12 yaralı
18:33 06.10.2026
Dünya
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial