Ölkəmizdə müəllimlik peşəsinə maraq hər il artır. Bunun müxtəlif səbəbləri var. Statistik göstəricilərə nəzər saldıqda fərqi görmək mümkündür.
Gənclərin bu sahəyə meyl etməsi səbəbləri barədə Sherg.az-a danışan təhsil üzrə ekspert Nadir İsrafilov deyib ki, abitruyentlərin ixtisas seçimi zamanı müəllimliyi seçməsi anlaşılandır.
Onun sözlərinə görə, bu peşəyə axını təmin etmək üçün dövlət bir sıra addımlar atdı:
"Dövlət müəllimə diqqət və qayğının səviyyəsini yüksəltdi. Cənab Prezident İlham Əliyev müəllimlərin sosial həyatının yaxşılaşdırılması istiqamətində göstərişlər verdi. Bu yöndə addımlar hələ davam etməkdədir. Pedaqoji sahədə çalışanların nüfuzunun artması vacib idi. Müəllimlərin diaqinostik qiymətləndirməsini keçirməklə, məktəblərdə savadlı kadrların olması təmin edilir. Bu peşəsini seçənlərə xüsusi təqaüdlərin verilməsi, ildən-ilə onların əməkhaqlarının artırılması göz önündədir. Xüsusilə ucqar rayonlarda, kəndlərdə çalışan pedaqoqlara yüksək maaş verilməsi gənclərin kənd məktəblərinə marağını artırdı. Demək istədiyim odur ki, müxtəlif stimullaşdırıcı tədbirlər həyata keçirilir ki, bu amil də gənclərin müəllimliyə gəlməsinə vəsilə olur. Bu təqdir olunmalı müsbət haldır".
Lamiyə