"Dövlət universitetlərində təhsil haqqı ləğv, özəllərdə isə qiymət aşağı salınsın" - TƏKLİF

Azərbycanda son illər  təhsil sahəsinə diqqət yüksəlib. Dövlət tərəfindən inkişaf prioritetlərindən biri də şübhəsiz ki təhsil sahəsinin inkiş.afıdır. Kuriklumun tətbiqi, müəllimlərin əməkhaqlarının yüksəldilməsi, dövlət imtahanlarının sadələşdirilməsi və.s buna misal kimi göstərmək olar.

Amma inkişafla yanaşı bəzi problemlər də qalmaqdadır. Təhsildə əsas problemlərdən biri kimi ictimaiyyət nümayəndələri ali məktəblərdə təhsil haqqlarının yüksək olmasını göstərirlər. Bir çox ekspertlər bildirirlər ki, ödənişlərin miqdarı universitetlərin verdiyi bilgilərlə, təhsil səviyyəsi ilə tərs mütənasibdir. Ona görə də, təhsilhaqları aşağı salınmalıdır. Bəziləri isə fikirləşir ki, ümumiyyətlə dövlət ali məktəblərində təhsilhaqları ləğv edilməlidir.

Məsələnin iqtisadi tərəflərini Sherg.az-a şərh edən iqtisadçı ekspert Nazim Bəydəmirli bildirib ki, hökumət təhsil sahəsinin inkişafı naminə xeyli addımlar atır: 

“Yeni təhsil sisteminə keçid edilib, pedaqoqların sosial vəziyyəti ilə bağlı addımlar atılır, bir çox tələbələr ölkədə və xarici universitetlərdə uğurlar qazanırlar. Bu da təbii ki, ürəkaçan mənzərədir. Amma bir problem var ki, hər il ödənişli əsaslarla təhsil alan tələbələrin sayı da artır. Təhsilhaqları da kifayət qədər çoxdur. Bir çox abituriyentlər ödənişli ixtisaslara qəbul olurlar, təhsil haqqını ödəyə bilməyir, valideynlərinin imkanı çatmır. Nəticədə də, həmin abituriyentlər təhsil almaqdan kənarda qalırlar.  Bu məncə mənfi haldır". 

N.Bəydəmirli vurğulayıb ki, əksər ölkələrin dövlət universitetlərində təhsil ödənişsizdir:

"Düşünürəm ki, Azərbaycanda da dövlət universitetlərində təhsil haqları ləğv edilməlidir. Özəl ali məktəblərdə isə ödənişlər azaldılmalıdır. Verilən təhsilə uyğun tələbədən ödəniş tələb edilməlidir". 

Lamiyə