Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
APA -nın xəbərinə görə, sərəncama əsasən, Azərbaycanda neft-kimya elminin inkişafındakı xüsusi xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar elm xadimi”
Əlimərdanov Hafiz Mütəllim oğlu
Həsənov Arif Həsən oğlu
İbrahimov Hikmət Camal oğlu
“Əməkdar mühəndis”
Abdullayev Elmar Şahmar oğlu.