Azərbaycanlı tələbə ABŞ professorunun assistenti oldu

2018/2019-cu tədris ilində Bakı Mühəndislik Universitetindən (BMU) məzun olanların 40 nəfəri nüfuzlu xarici universitetlərdə magistr təhsili almaq hüquqi qazanıb.

BMU-dan verilən məlumata görə, məktəbin məzunlarının elmi potensialının yüksək olması ABŞ və Avropanın tanınmış universitetlərində doktorantura təhsili almağa, hətta elmi işçi kimi işləmələrinə imkan verir: “Həmin məzunlardan biri - universitetin məzunu, “Dünya iqtisadiyyatı” ixtisasını 95.21 orta müvəffəqiyyət göstəricisi ilə bitirən Murad Zeynallıdır. M.Zeynallı ABŞ-ın LuiziyanaDövlət Universitetinin(LouisianaState University) iqtisadiyyat üzrə 5 illik Ph.D (magistratura+doktorantura) proqramına tam təqaüdlə qəbul olub. BMU-nun yetirməsi, eyni zamanda universitetdə professorun assistenti kimi əmək fəaliyyətinə başlayıb”.

Qeyd edək ki, M.Zeynallı BMU-nun digər məzunu Afat Əliyevdən sonra “Dünya iqtisadiyyatı” kafedrasının ikinci tələbəsidir ki, ABŞ universitetlərinin Ph.D proqramına tam təqaüdlə və professor assistenti olaraq qəbul olunub.