145 nömrəli məktəbdə Anım Günü ilə bağlı tədbir keçirilib

Nizami rayonundakı Eldar Quliyev adına 145 nömrəli tam orta məktəbdə Anım Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra məktəbin şagirdləri İkinci Qarabağ müharibəsinə həsr olunan təqdimatlarla çıxış ediblər.

Tədbirin sonunda məktəbin direktoru Vüsalə Əsədova çıxış edib. O, Vətən müharibəsində şəhid olanların xatirəsinin daim əziz tutulduğunu bildirib, onların qanının yerdə qalmadığını və Azərbaycanın Zəfər qazandığını vurğulayıb.