Ali məktəblərə qəbul proqramında dəyişiklik edilib. Yeni iqtisadi rayonlar mövzusu coğrafiya fənni üzrə ali təhil müəssisələrinin qəbul proqramına daxil edilib. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Qeyd edilib ki, prezidentin müvafiq fərmanına əsasən, respublikanın iqtisadi rayonlarının yeni bölgüsü təsdiq edilib.
Məlum dəyişikliyin əhəmiyyəti barədə “Sherg.az”a dəyərləndirən təhsil eksperti Elçin Əfəndi bildirib ki, iqtisadi rayonların coğrafiya dərsliklərində yer alması istiqamətində müəyyən işlər aparılır:
“Müvafiq dəyişiklik olarsa, əlbəttə ki, bundan abituriyentlər məlumatlanmalıdır. Dövlət İmtahan Mərkəzi (DİM) həmin rayonların proqrama daxil olması barədə informasiya verməlidir. Tədris prosesində müəllimlər iqtisadi rayonlar barədə şagirdlərə danışırlar. Baxmayaraq ki, dərsliklərə bu mövzu hələ salınmayıb. Düşünürəm ki, DİM-in qəbul proqramındakı dəyişikliyi həm abituryentlər, həm də şagirdlərin ərazilərimiz haqqında bilgi almalarına gətirib çıxaracaq. Təkcə coğrafiya fənnində deyil, tarix dərsliklərində də iqtisadi rayonlar haqqında müvafiq bölümlər öz əksini tapa bilər”.