Qardaş ölkənin peşə təhsili müəssisələrinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir
İnanıram ki, Azərbaycan-Türkiyə birgə ali məktəbin yaradılmasına dair danışıqlar da müsbət nəticə verəcək. Eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradacaq
Azərbaycanın iki təhsil müəssisəsi Türkiyə ilə birgə fəaliyyət göstərəcək. Bu əməkdaşlıq Türkiyə və Azərbaycan arasında peşə təhsili sahəsində imzalanan protokol çərivəsində baş tutacaq.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmovun dediyinə görə, beynəlxalq təcrübənin peşə təhsili sahəsinə gətirilməsi və beynəlxalq əməkdaşlıqların yaradılması istiqamətində müəyyən işlər görülür. “Protokol çərivəsində Türkiyənin Bursa şəhərində yerləşən bir neçə məktəbin nümayəndələri Bakıya səfər edərək, ölkəmizin bir çox məktəbləri ilə qardaşlıq müqavilələri imzalayıb”.
Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında Azərbaycan-Türkiyə təhsil əlaqələrinin hər il yüksələn xətt üzrə getdiyini deyib.
Azərbaycanın hələ sovet dönəmi zamanından Türkiyə ilə ali təhsil sahəsində əlaqələr yaratmağa başladığını vurğulayan ekspert deyib ki, bu əlaqələr mövcud dövrün siyasi tələblərinə uyğun aparılıb və müstəqil olmayıb: “Bu da iki qardaş xalqın milli maraqlarının təmin edilməsi istiqamətində mənfi hal kimi dəyərləndirilib. Amma ölkəmizdə müstəqillik bərpa olunduqdan sonra Azərbaycan Türkiyə ilə təhsil sahəsində əməkdaşlığa daha böyük önəm verib. 1992-ci ilin 16-23 may tarixində Ankarada türk dövlətlərinin təhsil nazirlərinin toplantısı keçirilib və bu yığıncaqda təhsil sahəsindəki əməkdaşlıqdan, onun qarşısında duran problemlərdən bəhs edilib. Belə ki, bu toplantıda qardaş dövlətlərin təhsil işində bir-birilərinə yaxından kömək etməsi, təhsil ocaqlarının qarşılıqlı təşkili, bu işlərdə qarşıda duran problemlər və bu problemlərin birgə aradan qaldırılması və s. məsələlər geniş müzakirə edilərək lazımi qərarlar verilib.
Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün sonrakı illərdə də siyasi və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilib”.
K.Əsədovun sözlərinə görə, son illərdə görülən işlərin nəticəsində Türkiyə tərəfinin yeni təlim texnologiyaları sahəsindəki bilik və bacarıqlarını Azərbaycan tərəfi ilə bölüşməyi, dərs vəsaitlərinin hazırlanmasında və müəllimlərin bu sahədə ixtisasartırmaları istiqamətlərində, həmçinin Azərbaycan tərəfinin Dünya Bankı və başqa beynəlxalq qurumlarla həyata keçirəcəyi layihə fəaliyyətlərinə hər cür texniki yardım göstərməsi olduqca müsbət haldır: “Türkiyənin Qazaxıstan və digər bir neçə ölkə ilə birgə peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkənin Azərbaycanla da ortaq təhsil müəssisəsi yaratması çox mühüm hadisədir. Türkiyə peşə təhsili müəssisələrinin əksəriyyəti dünya reytinqində öncül yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə uyğun gəlir. Onu da deyim ki, Azərbaycanda xarici ölkə peşə təhsili müəssisəsilərinin olması ölkədə ali təhsil müəssisələri arasında rəqabət mühitini də formalaşdıra bilər.
Ona görə də onların təcrübəsindən yararlanmağa böyük ehtiyac var. Mövcud qanunvericiliyə görə, Azərbaycan və Türkiyə birgə peşə təhsili müəssisəsi yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri olmalıdır ki, Azərbaycan və Türkiyə arasında da kifayət qədər çox istiqamətli müqavilələr var”.
Azərbaycanın birgə peşə təhsili müəssisəsi təsis etmək təcrübəsinin olduğunu qeyd edən təhsil eksperti deyib ki, hazırda Azərbaycan və Fransa birgə peşə təhsili müəssisəsi – UFAZ yaradılıb və fəaliyyət göstərir:
“İnanıram ki, Azərbaycan-Türkiyə birgə ali məktəbin yaradılmasına dair danışıqlar da müsbət nəticə verəcək. Eyni zamanda xarici ölkə təcrübəsinin ölkəmizə gəlməsinə şərait yaradacaq. Mövcud qanunvericiliyə görə, Azərbaycan və Türkiyə birgə peşə təhsili müəssisəsi və orta məktəb yarada bilər. Ali məktəblərin yaradılması ilə bağlı da belə bir təhsil müqaviləsi imzalanmalıdır.
Bakıda, “Ağ Şəhər” adlanan ərazidə Bakı-Fransız Liseyi və UFAZ peşə təhsili müəssisəsi var. Seçinov adına Moskva Tibb Peşə təhsili müəssisəsinin , Lomonosov adına Moskva Beynəlxalq Universitetinin Azərbaycanda filialları var. Türkiyə universitetlərinin də Azərbaycanda filialının yaradılması yerli kadrların hazırlanması baxımından çox yaxşı olar.