Nadir İsrafilov:“Direktor müavininin savadsız olması təhsilə başucalığı gətirmir”
Elçin Əfəndi:“Nə etdiklərini özləri də bilmirlər. Onları işə necə qəbul etdikləri maraqlıdır”
Məktəblər təlim tərbiyə ocağıdır. Əsas məqsəd isə cəmiyyət üçüm savadlı kadr yetişdirməkdir. Lakin müəyyən hallarda məktəblərdə paradoks baş verir. Yəni ali təhsilsiz şəxslərin məktəblərdə vəzifə tutduqları ilə qarşılaşırıq.
Analoji hadisə Kəlbəcər məktəblərində yaşanıb.
Belə ki, altı diplomsuz direktor müavinləri vəzifələrindən azad ediliblər. Səbəb isə onların ali təhsilinin olmamasıdır.
Kəlbəcər Rayon Təhsil Şöbəsindən faktı təsdiqləyiblər.
Təhsil eksperti Nadir İsrafilov bildirib ki, Kəlbəcər, Laçın kimi məktəblər bir az diqqətdən kənar qalıb:
" Qaçqın məktəbləridir deyə, nəzarət lazımi səviyyədə olmayıb. 6 nəfər diplomsuz direktor müavininin işdən çıxarılması siqnaldır. Regionlarda, ucqar kəndlər kadr çatışmazlığına görə qeyri-ixtisas fənlərdə dərs deyən müəllimlər var.
Lakin direktor müavininin savadsız olması təhsilə başucalığı gətirmir. Direktor müavini seçiləndə təcrübəli biri müəyyənləşməlidir. Kollektivdə tanınmalıdır. Müəllimlə bağlı belə hallara yol verilir.
Direktor müavini vəzifəsi məsuliyyət daşıyır, məktəbi idarə edəndir.
Təhsil Nazirliyi siqnalı eşidib digər məktəblərdəki vəziyyəti yoxlamalıdır. Diplomsuz direktor müavinləri varsa, məktəbin nüfuzundan söhbət gedə bilməz".
Təhsil eksperti Elçin Əfəndi isə 6 nəfər ali təhsilsiz direktor müavinlərinin işdən çıxarılmasınabelə münasibət bildirib:
"Nə etdiklərini özləri də bilmirlər. Əlbəttə, başdan yanlışdır. Onları işə necə qəbul etdikləri maraqlıdır. Hər halda rüşvətlə, tanışlıqla reallaşıb".