Ağ Partiya sədri Tural Abbaslı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistratura pilləsini başa vurub.
"Sherg.az" məlumat verir ki, T.Abbaslı bu gün magistr müdafiəsini edərək BDU-nun Jurnalistika fakültəsinin məzunu olub.
Qeyd edək ki, T.Abbaslının verdiyi açıqlamaya əsasən, o siyasi konyuktura görə əsassız şəkildə magistratura pilləsindən bir müddət kənarlaşdırılmışdı.