2026-cı il Nobel Fiziologiya və Tibb Mükafatı işıqla idarə olunan ion kanalları və optogenetika sahəsindəki kəşflərinə görə Karl Deyserot, Peter Hegemann və Georg Naqelə verilib.
Sherg.az xəbər verir ki, mükafatın sahibləri Nobel həftəsinin başlanğıcı münasibətilə İsveçin paytaxtı Stokholmda yerləşən Karolinska İnstitutunda keçirilən mərasimdə açıqlanıb.
Bu il Nobel mükafatının pul mükafatı bir alim, kiçik alim qrupu və ya təşkilat üçün 12 milyon İsveç kronu (təxminən 1,2 milyon dollar) müəyyən edilib.
Qeyd edək ki, ötən il Nobel Fiziologiya və Tibb Mükafatı periferik immun tolerantlığı ilə bağlı kəşflərinə görə Meri E. Brankou, Fred Ramsdell və Şimon Sakaguçiyə təqdim olunmuşdu.
Nobel mükafatlarının təqdimatı sabah fizika mükafatı ilə davam edəcək. Kimya mükafatı çərşənbə, ədəbiyyat mükafatı isə cümə axşamı açıqlanacaq. Nobel Sülh Mükafatının sahibi cümə günü, İqtisadiyyat üzrə Nobel Mükafatının qalibi isə oktyabrın 12-də elan ediləcək.