2026-cı ilin abituriyent sayı rekord səviyyədədir - EKSPERT

“Hər 2-3 abituriyentdən yalnız biri ali məktəbə qəbul oluna bilər”

Bu il ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizə ilə müraciət edənlərin sayı ötən illərə nisbətən daha çoxdur. Elektron ərizə qəbulu yekunlaşdığından abituriyent sayı ilə bağlı statistik rəqəmlər açıqlanıb. Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Dövlət İmtahan Mərkəzinə istinadən məlumat verib ki, 2024-cü ildə ali təhsil müəssisələri üzrə elektron ərizə qəbulunda iştirak edən abituriyent sayı 110354, 11 illik bazadan orta ixtisas təhsili müəssisləri (kolleclər) üzrə elektron ərizə qəbulunda iştirak edən abituriyent sayı 96667, 2025-ci ildə ali təhsil müəssisələri üzrə elektron ərizə qəbulunda iştirak edən abituriyent sayı 124334, kolleclər üzrə elektron ərizə qəbulunda iştirak edənlər 112893 olduğu halda, 2026-cı il üzrə isə ali təhsil müəssisələrinə qəbulda iştirakını təsdiqləyənlərin sayı 129655 nəfər, kolleclərə də 20378 nəfərdir. 

“Sherg.az”a açıqlamasında Elçin Əfəndi bildirdi ki, bu il abituriyent saylnda kifayət qədər artım var və bu, qəbul imtahanlarında rəqabətin yüksək olacağını, keçid ballarının da yüksələcəyini deməyə əsas verir: 

- 2026-cı ilin göstəriciləri son illər ərzində qeydə alınmış ən yüsək göstəricidir. Burada bir neçə səbəb var. Həm bununla əlaqəlidir ki, ötən il ali təhsil müəssisələrinə qəbul oluna bilməyənlərin sayında da artım oldu. Ötən il qəbul oluna bilməyənlər bu il yenə özlərini sınayacaq. Və qəbul imtahanlarında iştirakalarını elektron ərizə ilə təsdiqləyiblər. O cümlədən də XI sinif şagirdlərinin ümumi sayı ötən illərə nisbətən çoxdur. Bu da 2008-2009-cu illərdə daha çox körpənin dünyaya gəldiyini təsdiq edir. Bəziləri IX illikdən kolleclərə qəbul olunub. Əvvəlki illərin məzunları ilə bilki məzunların say çoxluğu əmələ gətirməsi ümumi rəqabəti də artırır. Hələ bilimir, bu abituyentlərin hər biri ali təhsiləmi yönələcək, orta ixtisas təhsilinəmi, hansı ixtisas qruplarına daha çox müraciət olunacaq, amma bu rəqabət nu deməyə əsas verir ki, tutalım 6 min plan yeri ayrılarsa hər 2-3 abituriyentdən yalnız birinin qəbul şansı olacaq. Gərgin rəqabət mühiti formalaşacaq və bu keçid ballarına da təsir göstərəcək.