ETİRAZ!- “Şagirdlər də müəllimlərlə "şaftalı" zarafatı edəcəklər”

" "Şaftalı" bizə baha başa gələcək. İnanıram ki, evdə , çöldə, kənddə, şəhərdə hansısa müəllimə əsəbləşən şəxs deyirlər, Şaftalı sözünü yaza bilməyənlər, gəlib bizə ağıl öyrədir".
Başa düşürük, müəllim tənqiddən nəticə çıxarmalıdır. Ancaq “şaftalı” sözünü düzgün yaza bilməyən bir şəxs sadəcə "şəftəli" yox, "şaftalı" yazacaq. Əlavə bir nəticəsi olmayacaq".

Bu barədə "Sherg.az"a təhsil üzrə ekspert Elşən Ramizoğlu bildirib. O, müəllimlərin, təhsil işçilərinin lağa qoyulmasını narazılıqla qarşılayıb:

"Şagirdlərin əksəriyyəti sosial şəbəkə istifadəçisidir. Onların da zarafatları sırasında "şaftalı"nın yer alacağına əminəm.
Belə qüsurlar dünənə aiddir, lakin indi üzə çıxır. Mövcud nöqsanlar da gələcəkdə üzə çıxacaq. Dünənə görə bu gün cavabdeh olmaya bilər. Hazırda yaşananlara görə biz cavabdehlik daşıyırıq, ona nəzər salaq. Gələcəkdə müqayisə edərik ki, bu günün qüsurları şaftalı qədərdir, yoxsa ondan böyükdür? O barədə indi heçnə demək olmaz. Bütün hallarda müəllimin, təhsil işçilərinin lağ obyektinə çevrilməsi ilə razı deyiləm".

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi  müəllimlərin sertifikasiyasını keçirib. Nəticələrə əsasən, müəllimlərin bir çoxunun "şaftalı", "anbar", "pambıq" sözlərinin düzgün yazılışını bilmədiyi ortaya çıxıb. Bunu nazir Emin Əmrullayev də etiraf edib. Mövzu sosial şəbəkələrdə gülüş və lağ predmetinə çevrilib.