Belçikalı Loren Simons kiçik yaşda olmağına baxmayaraq elm aləmində diqqətləri üzərinə çəkməyi bacarıb.
Balaca Enşteyn adlandırılan Simonsun atası Aleksandr Simons oğlunun Almanyadakı Maks Plank Universitetində doktorluq dərəcəsini müdafiə edəcəyini bildirib.
Proqram barəsində tam məlumat verməyən ata bunun kimya, fizika və tibb sahələrinin qarışımı olacağını, oğlunun vaxtının çoxunu laboratoriyada keçirəcəyini deyib.
Qey edək ki, Belçikanın qərbindəki sahil qəsəbəsi Ostenddə dünyaya gələn Laurent Simons 6 yaşında məktəbi bitirib. 9 yaşında Belçikada universitetə daxil olub və 11 yaşında diplomunu alıb.O bu yaz 12 yaşındaykən Antverp Universitetində Kuantum fizikası sahəsində magistraturanı tamamlayıb.
Mənbə: ensonhaber. com