"Qadınlar elm sahəsində üstünlük təşkil edir. Kişilər yeni dövrün tələblərinə görə daha çox gəlir qazanılan işlərə müraciət edirlər. İqtisadiyyata, biznesə üz tuturlar".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili, akademik Nizami Cəfərov deyib.
O, orta məktəblərdə kişi müəllimlərin azlığının şagirdlərin xarakterinin formalaşmasına təsir göstərdiyini də vurğulayıb:
"Xanım müəllimlər zərifdir. Kişi müəllimin tədris keçdiyi şagirdin xarakteri isə fərqlənir. Lakin xanım müəllimlərin çox olması faciə deyil, bunun üstünlükləri də var. Şagirdlər mədəni, səliqəli olur, nəzakətli davranırlar.
Təkcə Azərbaycanda yox, bəzi dünya ölkələrində də eyni hal yaşanır".
Qeyd edək ki, Azərbaycanda elmi işçilərin 59,2 faizi qadınlardır. Son 10 ildə onlardan elmlər doktoru elmi dərəcəsi olanların sayı 2,2 dəfə, fəlsəfə doktoru elmi dərəcəsi olanların sayı isə 2,1 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.