Nazirlikdən Musa Qasımlıya CAVAB

Təhsil Nazirliyi Milli Məclisin bugünkü iclasında Musa Qasımlının qurum haqqında dediyi fikirlərə münasibət bildirib. 
Oxu.Az xəbər verir ki, deputat çıxışında Yardımlı rayonundakı məktəbin tikintisi barədə iddialar irəli sürüb. 
Həmin iddialara Təhsil Nazirliyi cavab verib: 
“Təəssüf edirik ki, deputat Musa Qasımlı Yardımlı rayonu Solqard ibtidai məktəbi barədə qeyri-düzgün və dəqiqləşdirilməmiş məlumatlara istinad edərək yalnış təəssürat yaradıb. 
Bildiririk ki, sözügedən məktəb 1998-ci ildən fəaliyyətə başlayıb və 2014-cü ildə yerli icra hakimiyyətinin sifarişi ilə podratçı təşkilat “Reyhan MMC” tərəfindən yenidən inşa edilib. 80 şagird yerlik məktəbdə 14 sinif otağı mövcuddur. Məktəbin fəaliyyət göstərdiyi illərdə burada illər üzrə  4-5 şagird təhsil alıb. 

Məktəbdə şagird olmadığı üçün ötən tədris ilində fəaliyyətini müvəqqəti dayandırıb”, - deyə qurumdan bildirilib.