"Sertifikatlaşdırma üçün 34 minə yaxın müəllim qeydiyyatdan keçib"

"Bu il təhsilverənlərin sertifikatlaşdırılmasında iştirakı planlaşdırılan 34 minə yaxın müəllimin məlumatları sistemə daxil edilib".

"Report" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib.

Onun sözlərinə görə, sertifikatlaşdırmanın test imtahanı mərhələsi iyunun 20 və 24-də həyata keçiriləcək: "Avqust ayının sonunda müsahibə mərhələsinin keçirilməsi nəzərdə tutulub. Ötən il sertifikatlaşdırmadan keçmiş 3 127 təhsilverən vəzifə maaşına 35 faiz əlavə, 5624 təhsilveren isə 10 faiz əlavə alıb. Bu il də imtahandan keçənlərin maaşlarına əlavələr olacaq".