"Biologiya və fizika fənninin ləğv olunmasından söhbət getmir".
Bunu "Sherg.az"a təhsil eksperti Elçin Əfəndi "Biologiya" və "Fizika" fənlərinin növbəti tədris ilində keçirilməyəcəyindən danışarkən deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, məktəblərdə "Həyat bilgisi" fənni keçirilirdi:
"Bundan sonra onun əvəzinə fizika və biologiya "Təbiət" fənninin daxilində tədris ediləcək. Eyni zamanda gələcəkdə ali təhsil müəssisələrində keçirilən qəbul imtahanında da məhz bu standartlar nəzərə alınacaq".
Qeyd edək ki, növbəti tədris ilində 6-cı siniflərdə “Təbiət” fənni tədris ediləcək. Əvəzində isə 6-cı siniflərdə biologiya və fizika tədris olunmayacaq.
Bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev məlumat verib.