"Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində həm infrastruktur, həm də təhsilimizlə bağlı yeni işlər görülür".
Bunu "Sherg.az"a təhsil eksperti Elçin Əfəndi Qazax Müəllimlər Seminariyasında yaradılan şəraitlə bağlı danışarkən deyib. Onun sözlərinə görə, yeni yaradılan Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi ümumilikdə təhsilimiz adına mühüm töhfə verəcək:
"Gələcəkdə orada xarici ölkə vətəndaşlarının da təhsilalma imkanlarının yaranması mümkündür. Xüsusilə, qonşu ölkələrdən biri olan Gürcüstan üçün də əhəmiyyət kəsb edə bilər. Eyni zamanda Ermənistanla münasibətlərimiz qaydasına düşərsə, erməni əsilli şəxslər də təhsil imkanlarından yararlanar. Ümumilikdə ixtisasların prioritetliyi əsas götürüləcək. Həm dünya, həm də ölkə əmək bazarını araşdırsaq, daha çox tələbat olan ixtisasların mərkəzləşdirilməsi nəzərdə tutulacaq. İnformasiya texnologiyaları üzrə ixtisasların tədrisi də gözləniləndir. Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi ölkə təhsili üçün faydalı olacaq".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində yaradılan şəraitlə tanış olub. ADA Universitetinin rektoru Hafiz Paşayev dövlətimizin başçısına