"İndi görün, ali məktəblərdə belə bir şey keçirilsə, hansı qiyamət qopardı?!"
"Elm və Təhsil Nazirliyi Sertikatlaşdırma Şurasının məlumatını yayıb. Məlum olub ki, ötən il keçid balı toplaya bilməyən 1.939 müəlliml bu il avqustun 29-da təkrar imtahanda iştirak edib".
Sherg.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist, teleaparıcı, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli deyib. Onun sözlərinə görə, həmin müəllimlərdən 605 nəfəri bu imtahanda zəruri keçid balını toplaya bilməyib. 138 müəllim isə ümumiyyətlə imtahana gəlməyib:
"Yəni üst-üstə 743 müəllim sertifikasiyadan keçə bilməyib. Orta məktəb təhsili üçün çox biabırçı və kədərli statistikadır.
İndi görün, ali məktəblərdə belə bir şey keçirilsə, hansı qiyamət qopardı?!".