Bölgədə çalışan müəllimlər  üçün həvəsləndirmə sistemi qurulsun -Təhsil eksperti

"Onların mənzil şəraitinin yaxşılaşdırılması, digər sosial məsələlərin həlli istiqamətində zəruri addımlar atılmasına ehtiyyac var "

Bakı və bölgələrdə olan universitetlərin müəllim heyətinin əməkhaqqında kifayət qədər fərq var. Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında deputat Məlahət İbrahimqızı deyib. M.İbrahimqızı bildirib ki, regionlarda bir çox universitetlərin filialları fəaliyyət göstərir. 

“Amma daxil olan müraciətlərə əsasən deyə bilərəm ki, paytaxtda və orada çalışan elmi dərəcəsi olan müəllimlərin əməkhaqqında ciddi fərqlər var. Onda belə çıxacaq ki, tanınmış alimlərimiz bölgələrdə işləməyə getməyə marağı olmaz”, - deyə o, əlavə edib. 


Məsələyə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri  "Sherg.az"a açıqlamasında bildirib ki, regionlarda fəaliyyət göstərən ali təhsil müəssələrində müəllim heyyəti və texniki əməkdaşların maaşına artım etmək uğurlu addım olardı: 

"Müəllimlərin maaş artımından söz açarkən əsasən məktəblərdə orta ümumi təhsil müəsisələrində çalışan müəllimləri nəzərdə tutmuşuq. Amma ali təhsil müəsisələrinin müəllim və proffessor - müəllim heyyəti, texniki heyyət nisbətən kənarda qalır. Onların maliyyələşdirmə və maliyyə məsələləri ilə bağlı qərarvermə sərbəstliyi var. Üniverstitetlərin bir çoxunda əməkdaşların maaşını özü tənzimləmək səlahiyyətindədir. Bəzi üniversitetlər bundan istifadə edərək differensial maaş artımına önəm verir. Bəziləri dərs saatına görə, digərləri isə alternativ səbəblərə görə hərəkət edirlər. Fakt ondan ibarətdir ki, bu bir hüquqi şəxs statuslu ali təhsil müəsisələri özünü maliyyələşdirmə və maliyyə ilə bağlı sərbəst qərar vermə hüququna malikdir. Orda müəllimlərin maaşının məbləği rektorun verdiyi qərarlardan asılıdır. Özəl təhsil müəsisələrindən isə danışmağa dəyməz. Çünki bu özəl sahibkarlıq subyektləridir. Onun maaş sistemini onun rəhbərliyi, təsisçisi qərar vermiş olur. Bütün bunlarla yanaşı bizim regionlarda ali təhsil ocaqlarından söhbət gedir: "Gəncə Dövlət üniversiteti", "Lənkaran Dövlət üniversiteti", "Minqəçevir Dövlət Üniversiteti" və bu kimi digər ali təhsil müəsisələri fəaliyyətdədir. Pedoqoji universitetin bazasındakı olan ali təhsil müəsisələrini bura daxil etmirəm. Çünki burada maaş məsələsi də ümumən universitet rəhbərliyinin verdiyi qərara əsasən tənzimlənmiş olur. Digər bölgə universitetlərində bu məsələyə xüsusi diqqət edilməlidir. Milli Məclisin komitəsinin keçirdiyi müştərək iclasda bununla bağlı məsələ önə çıxarıldı. Deputatlar arasında bölgələrdə çalışan müəllimlərin maaşının artırılması ilə bağlı təklif irəli sürüldü. Bölgələrdə çalışanların hamısı orada qalmır, bəziləri digər bölgə və şəhərlərdən gəlir. Onların mənzil şəraitinin yaxşılaşdırılması, digər sosial məsələlərin həlli istiqamətində zəruri addımlar atılmasına ehtiyyac var ".                           
Ekspert qeyd edib ki, bir çox gənc kadrların daimi yaşayış məntəqəsi olmalıdır ki, sosial təminatını düşünməsin:

"Əsasən, təhsil- tədris prossesinə önəm göstərsin. Sırf bu müəllimlər üçün ayrıca  yataqxana şəbəkəsinin tikilməsinə xüsusi ehtiyyac var. Təklif edirəm ki, bölgədə çalışan və Bakı qeydiyyatında olmayan şəxslər üçün müəyyən bir həvəsləndirmə sistemi qurulsun. Əvvəllər miq imtahanı zamanı  H1 H2 həvəsləndirmələr mövcud idi. Bu prosses bölgədə çalışan ali təhsil müəllimlərinə də şamil olunsa,uğurlu addım olar".