13 ali məktəbin akkreditasiyası yekunlaşdırılacaq

"Dekabrda Akkreditasiya Şurasının üçüncü iclasının keçirilməsi planlaşdırılır".
APA xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin sədr müavini, sədr vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.
O bildirib ki, bu il ərzində 13 ali təhsil müəssisəsinin akkreditasiyasının yekunlaşdırılması nəzərdə tutulur.
"Növbəti ildə də 13 ali təhsil müəssisəsinin akkreditasiyası aparılacaq. Onlardan 3-ü bu il akkreditasiyası aparılan, amma prosesdən keçməyənlərdir. Gələn il həmçinin, proqram akkreditasiyalarının keçirilməsi planlaşdırılır. Bununla bağlı proqram tərtib edilib".