Ekspert: Qarabağ Universitetinin yaradılması xəbərinə həssas yanaşılmalıdır

Sosial Tədqiqatlar Mərkəzi Xankəndi şəhərində “Qarabağ Universiteti”nin yaradılmasından irəli gələrək, gənclərin bu hadisəyə münasibətini, gözlənti və prioritetlərini öyrənmək məqsədilə rəy sorğusu həyata keçirib. Sorğunun nəticələrinə əsasən, gənclərin  54.5%-i Qarabağ Universitetinin yaradılması barədə məlumatı olduğunu, 45.5%-i məlumatı olmadığını bildirib.

Mövzu ilə bağlı “Sherg.az”a danışan təhsil eksperti İlqar Orucov bildirib ki, belə bir statistika insanda təssüf hissi doğurur:

 “Əlbəttə, daha çox gəncimizin tarixi əhəmiyyət kəsb edən bu xəbərlə bağlı məlumatlı olmasını istəyərik. Amma nəzərə  almaq lazımdır ki, gənclərin heçdə hamısı ali təhsil almağı planlaşdırmır. Hesab edirəm ki, statistikanın formalaşmasına buda öz təsirini göstərib. Ali təhsil almaq istəyən gənclərin təhsil sahəsində baş verən yeniliklər xüsusi ilə Qarabağda yaradılacaq universitet barədə məlumatlı olduğunu düşünürəm. Böyük ümidlə yüksək bal toplayan gənclərin həmin universiteti seçməsini gözləyirəm.  Ümumilikdə Qarabağ Universitetinin yaradılması çox mühim bi qərardır. Nəinki gənclər bütün cəmiyyətin bu tərzdə hadisələrə qarşı münasibəti adekvat olmalıdır. Xüsusilə Xankəndində Qarabağ Universitetinin yaradılması xəbərinə daha həssas yanaşılmalıdır. Statistikadan nəticə çıxarıb Qarabağ Universiteti barədə daha geniş təbliğat aparılmalıdır”.