11 fevral 2024-cü il tarixində I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupı üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan verəcəklər.
DİM-dən verilən xəbərə görə, həmin abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
Qeyd edilib I-IV ixtisas qrupları üzrə fevralın 18-də keçiriləcək sınaq imtahanı üçün buraxılış vərəqələri bu həftə ərzində DİM-in saytına yerləşdiriləcək.
Sınaq imtahanlarınin keçirilməsini müsbət qiymətləndirən təhsil eksperti Elçin Əfəndi "Sherg.az"a bildirib ki, 1 və 3- cü qruplarda müvafiq olaraq RK, Rİ və DT, TC alt qrupları mövcuddur :
"Buna görə də 1- ci qrup abituriyyentləri informatika , 3-cü qruplar isə coğrafiya fənnindən imtahan verməlidirlər. Yalnız bu imtahandan keçən şəxslər həmin alt qruplara məxsus ixtisasların müsabiqəsində iştirak edə bilərlər. Bu nöqteyi nəzərən düşünürəm ki, 11 fevral keçiriləcək sınaq imtahanı abituriyentlər üçün bilik və bacarıqlarını bilmək, imtahan prossesi, sualların modeli ilə tanışlıq baxımından məqsədəuyğundur. Sözügedən sınaq imtahanları bir növ blok mərhələsinə hazırlıq məqsədi daşıyır. İstərdim ki, imtahanlarda bütün abituriyyentlər iştirak etsinlər. Ancaq buraxılış imtahanlarına az qaldığına görə onlar motivasiyalarının aşağı düşəcəyindən çəkinərək imtahana getmirlər".