Bakı Biznes Universitetində bir qrup tələbə ilə rəhbərlik arasında gərginlik yaşanıb.
Bu barədə məlumat Baku.ws-in “qaynar xətti”nə daxil olub.
Təhsil eksperti Cahid İmanlı "Sherg.az"a bildirib ki, ali məktəblərdə tələbələrin geyim tərzləri, şəxsi gigiyenik sayılan saqqal, bığ, saç saxlanmasının formaları haqqında vahid təlimat yoxdur:
“Qanunvericilikdə də konkret olaraq bu kimi hallar üçün heç bir maddə yoxdur. Bu insanların ən təməl, vacib azadlıqlarından biridir. Təsəvvür edin ki, bir insan ömrü böyu istəmədiyi geyim və yaşam tərzində olmağa məcburdur. Orta məktəbdə vahid geyim forması, univetsitetlərdə qadağalar, iş həyatında tələb olunan geyim formaları. Bunlar sivil cəmiyyətlərdə olmamalıdır. Avropa təhsilindən ağız dolusu danışırıq, amma Avropada professorlar belə şortik geyinirlər. Bəs bu məsələlər necə tənzimlənməlidir?.Belə halların yaşanmaması üçün hər bir universitet öz daxili qaydaları haqqında rəsmi olaraq ictimaiyyətə açıqlama verməlidir. Əgər oradakı müəyyən qadağalar tələbənin dünyagörüşünə, maraqlarına uyğun deyilsə, şübhəsiz ki, tələbə universitet seçimi zamanı həmən universiteti seçməyəcək, yaxud da seçib qaydalara əməl etməyə məcbur olacaq. Tələbələr universitetdə faktiki təhsil aldığı müddətdə belə qadağalar tələbə şuralarında geniş müzakirə edilməli, əksər tələbələrin səs çoxluğu ilə qəbul edilməli və hətta bundan sonra da, tövsiyyə xarakterli olmalıdır. İstənilən halda bığ, saqqal və saç düzümlərinə və geyiminə görə isə tələbələrin dərsə buraxılmaması düzgün qərar deyil”.